Alma piroqu

Son güncelleme: 14.11.2010 22:47
  • Alma piroqu tarifi

    noimage

    Tərkibi:
    Alma piroqu üçün lazım olanlar
    4 ədəd turş alma
    3 st. şəkər tozu
    1 st su
    4 yumurta
    1 paç. kabartma tozu
    300 qr.yağ
    aparan qədər un

    Hazırlanması:

    4 almanın qabığını soyub üzərinə 1 st şəkər tozu və 1 st su əlavə edib qoyuruq qaynamağa



    Tam qaynadıqdan sonra püre halına gələcək

    Sonra 4 yumurtanı 2 st şəkər tozu ilə qarışdırıb üzərinə 300 qr(otaq tmperatorunda) yağı əlavə edirik



    Aparan qədər un əlavə edib xəmir yogururuq ( yumşaq xəmir)



    Sonra tavaya az un səpib xəmiri onun içinə yayırıq


    Xəmirin üzərinə almadan hazırladığımızı əlavə edirik və yayırıq


    Sonda üzərinə xəmirdən fason veririk



    180 dərəcədə içi tam bişənə qədər bişiririk.Piroqumuz hazırdır.Nuş olsun!

    Müəllif: leylahuseynova
#14.11.2010 22:47 0 0 0