Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü hər il keçiriləcək

Son güncelleme: 18.11.2010 17:36
  • noimage

    Xəzəryanı ölkələri dövlət başçılarının Bakıda keçirilən III zirvə görüşündə bu formatda toplantıların hər il keçirilməsi barədə razılıq əldə olunub.

    APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, bu barədə sammitin yekunlarına həsr olunmuş brifinqdə Rusiya prezidenti Dmitri Medvedyev bildirib: "Biz ildə bir dəfə görüşmək barədə razılıq əldə etdik. Üç ildə bir dəfə görüşmək yolverilməzdir".
    Xatırladaq ki, Xəzəryanı ölkələri dövlət başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda, ikinci sammit isə 2007-ci ildə Tehranda keçirilib.

    kaynak: LENT.AZ
#18.11.2010 17:36 0 0 0