Elnur - Cəbrayıl - qızlar sevir mahnısının yeni klipi - Leyli - Samirə - Ədalət Şükürov - Xumar Qədimova - Zamiq - Lalə Məmmədova - Müğənni Elnur xəbəri
Noyabrın 18-də müğənni Elnur və Cəbrayıl birlikdə oxuduqları qızlar sevir adlı mahnının yeni klipini mətbuat nümayəndələrinə təqdim ediblər.
Lent.az-ın məlumatına görə, klipin rejissoru Cəbrayılın həyat yoldaşı Stilist Syamadır. Mahnının sözləri Leyliyə, musiqisi Cəbrayılın özünə məxsusdur.
Qeyd edək ki, müğənniləri təbrik etmək üçün müxtəlif sənət adamları tədbirdə iştirak ediblər. Samirə, Ədalət Şükürov, Xumar Qədimova, Zamiq, Lalə Məmmədova və digər sənətçilər gələn qonaqlar sırasında idilər.
Müğənni Elnur son zamanlar qadınlara aid layihələrə və musiqilərə yer verdiyini qeyd edib və zərif cinsin nümayəndələrinə ehtiramını gizlətməyib: "Mən bütün Azərbaycan qadınlarının qarşısında baş əyirəm!"