Məşum qəza - 5 zəvvarımız öldü 27'si yaralandı

Son güncelleme: 24.11.2010 00:37
  • noimage

    Avtobus qəzasında yaralananlardan 7-nin vəziyyəti ağırdır

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Türkiyənin Sivas şəhəri yaxınlığında qəzaya uğrayan avtobusun sərnişinlərinin azərbaycanlı zəvvarlar olduğunu bildirib.

    APA-nın verdiyi xəbərə görə, QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova jurnalistlərə bildirib ki, əldə olan məlumata görə, qəzada üç nəfər ölüb, lakin o istisna etməyib ki ölənlərin sayı daha da çox ola bilər.

    QMRİ Azərbaycanın Türkiyədəki Səfirliyi ilə əlaqə saxlayır. Sabah qəzanın baş verdiyi Sivas şəhərinə QMİ-nin nümayəndəsi gedəcək.

    Dadaşovanın sözlərinə görə, qəzada həlak olanların Azərbaycana təyyarə ilə gətirilməsi təmin olunacaq.

    Azərbaycanın Türkiyədəki səfirliyinin son məlumatına görə, Sivasda qəzaya uğrayan avtobusda 5 nəfər ölüb, 27 nəfər yaralanıb.

    Səfirliyin mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanov APA-ya bildirib ki, yaralılardan 7-nin vəziyyəti ağırdır.

    Səfirliyin konsulu Şöhrət Mustafayev hadisə baş verdiy Sivas şəhərinə ezam olunub. Azərbaycanın diplomatik missiyası Türkiyə polisi və Sivas xəstəxanaları ilə əlaqə saxlayır.

    Qaynaq: Lent.az
#24.11.2010 00:37 0 0 0