Banan pirojnası

Son güncelleme: 25.11.2010 22:52
  • Banan" pirojnası tarifi

    noimage

    Tərkibi:
    Xəmir üçün:
    1 stəkan xama
    200 qr kərə yağı
    2 stəkan un
    çay qaşığının ucunda soda

    İçi üçün:
    400 qr kəsmik (sulu olmasın)
    1 stəkan şəkər
    bir çimdik vanil
    100 qr un



    Unu ələyirik,soda ilə xamanı qabardıb una əlavə edirik



    Yağı əridib soyutduqdan sonra onu da əlavə edirik (yağ sadəcə ərisin,qaynamağa qoymayın)



    Yumuşaq xəmir edirik



    Xəmiri 2 saat soyuducuda saxlayırıq



    Kəsmiki əzirik



    Şəkər,un və vanil əlavə edirik



    Əlimizlə yaxşı-yaxşı yoğururuq,qarışığı 1 saat soyuducuda saxlayırıq



    Xəmiri qozdan biraz böyük kündələrə ayırırıq



    Hər kündəni ya əlimizlə,ya da oxlovla nəlbəki boyda açırıq



    Hazırladığımız içdən bir xörək qaşığı qoyub şəkildəki kimi bükürük



    Tikişlər alta gələcək şəkildə listə düzüb ay forması veririk



    Əvvəlcədən isidilmiş 180C-də 20-25 dəqiqə bişiririk.Pirojnamız hazırdır.Nuş olsun!

    Müəllif: ToRmEnTo
#25.11.2010 22:52 0 0 0