Miri Yusifin Bir siqareti

Son güncelleme: 02.12.2010 12:38
  • Miri Yusifin Bir siqareti xeberi

    noimage

    Azərbaycanın ən populyar musiqiçilərindən biri Miri Yusif növbəti solo albom işinə yekun vurub. Bu münasibətlə sənətçi mətbuat konfransı keçirib və "Karma" adlı albomunu tamaşaçılarına təqdim edib.

    Lent.az-ın məlumatına görə, o, mətbuat konfransında "Karma" adını verdiyi alboma dair fikirlərini bölüşüb: "Bu alboma daxil olan 19 mahnının hər birində dərin fəlsəfi ideyalar sadə, lakin bununla yanaşı hər bir insana yaxın olan tərzdə və parlaq obrazlarla ifadə edilib. "Karma" dərin sevgi və böyük ürəklə yazılan sadəcə mahnılar deyil, hisslər toplusudur".

    Qeyd edək ki, 2010-cu ilin yazında Miri Yusif "SS" Production şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. "Karma" albomu məhz bu əməkdaşlığın təməli olaraq "SS" production tərəfindən dünyaca məşhur "Sony" şirkətində istehsal edilib.

    Albomun ərsəyə gəlməsində Miri Yusiflə birlikdə "Dəyirman production", bəstəkar Emin Kərimi, saksofonçular Rain Sultanov və Teymur Süleymanbəyli, aranjimançı MC Murad da çalışıblar.

    Maraqlıdır ki, alboma daxil olan "Bir siqaret" mahnısına çəkilən videoklip sosial şəbəkədə yerləşdirildiyi ilk həftə ərzində 18 minədək internet istifadəçisi tərəfindən izlənib.

    Lalə
#02.12.2010 12:38 0 0 0