Tarixde Bugün - 3 Dekabr

Son güncelleme: 02.12.2010 23:46
  • 3 dekabr. İlin sonuna 28 gün qalır.

    1048. Şərq mütəfəkkiri əl-Biruni vəfat edib

    1481. Osmanlı padşahı II Bəyazid anadan olub

    1586. Amerikadan ilk dəfə Avropaya kartof gətirilib

    1609. Qaliley teleskopu kəşf edib

    1775. ABŞ-ın ilk bayrağı qəbul olunub

    1910. Paris avtosalonunda mühəndis Jorj Klod ixtira etdiyi neon lampasını təqdim edib

    1912. Türkiyə, Bolqarıstan, Serbiya və Qaradağ Respublikası (Monteneqro) arasında sülh sazişi imzalanıb, I Balkan müharibəsi başa çatıb

    1930. Azərbaycan Komsomolunun (LKGİ) 29 noyabrda başlayan 9-cu qurultayı başa çatıb

    1966. "Naməlum əsgər"in cənazəsinin qalıqları Kreml divarları yanında dəfn edilib

    1967. Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılıb. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürüb

    1971. Pakistan-Hindistan müharibəsi başlanıb

    1973. "Yupiter-10" ilk dəfə Yerə Yupiterin tam həcmli şəkillərini göndərib

    1984. Hindistanda kimya zavodunda qəza nəticəsində 18.000 nəfər həlak olub

    1994. "Gürcüstan və Azərbaycan dostluq evi" İctimai İttifaqı təsis olunub

    1988. Azərbaycan SSR-də mövcud olan hərbi hakimiyyət Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri verib. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaldıb, mitinq iştirakçıları həbs edilib

    2006. Venesuelada prezident seçkilərində polkovnik Üqo Çaves qalib gəlib.
#02.12.2010 23:46 0 0 0