Risksiz həyatda müvəffəqiyyət axtarmaq bulanıq suda balıq ovlamağa bənzər.
Başqalarının məlumatıyla ağıllı ola bilsək belə ancaq öz ağılımızla ağıllı ola bilərik. (Michel de Montaigne)
Düşünmədən danışmanın cəzası danışdıqdan sonra düşünməyə məhkum olmaqdır.
Haqsızlığa sapıb bütün insanların səninlə birlikdə olmasını təmin etməkdənsə ədalətlə hərəkət edib tək başına qalmaq daha yaxşıdır. (Mahatma Gandi)
Gözəlliyi tapmaq üçün bütün dünyanı gəzsək də; Onu içimizdə daşımırıqsa əsla tapa bilmərik. (R.W.Emerson)
Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər. (B.Franklin)
Əhəmiyyətli olan əlində nə olduğu deyil onu necə istifadə etdiyindir.
İnsanın tək gerçəyin nə olduğunu bilməsi kafi deyil; Doğrunu istəməsi və etməsi də vacibdir. (Goethe)
Bir zəncir ən zəif halqası qədər qüvvətlidir.
Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır.
Bir haqsızlıq qarşısında 'tərəfsizəm' deyən biri artıq bir tərəf olmuşdur.
Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız cavab verim: anamdır. (Abraham Lincoln)
Kimsə bizi aldada bilməz... Ancaq biz öz özümüzü aldadarıq. (Goethe)
Gözləyə bilən üçün hər şey yaxşı nəticə verər. (Tolstoy)
Bir insanın ağıllı olmasına bir şey dediyimiz yoxdu.Yetər ki, ağılını başqalarına qəbul etdirməyə çalışmasın. (Əflatun)
Hər bildiyini demə. Amma söylədiklərini daim bil.
Axtardığını bilməyən, tapdığını anlaya bilməz!
Yoxsul adam toyuq yeyirsə, ya adam xəstədir, yatoyuq.
"Yaxşı adam" dediyimiz, özümüzə ən çox bənzəyəndir.
İnsan heyrəti, ölçüsündə müdrikdir.
Elmsiz din kor, dinsiz elm isə topaldır.
Optimist xoşbəxt bir gic; pessimist, bədbəxt bir gicdir.
Bizdən başqalarında olan qabiliyyət və bacarığa biz şans deyərik.
O işin bacarılmasının qeyri-mümkün olduğunu bilmədikləri üçün bacardılar.
Çox dinləməmiz və az danışmamız üçün iki qulağımız və bir dilimiz vardır.
Sənət təbiətin içindədir; sənətçi onu oradan çıxara biləndir.
Düşüncə, düşünəni dəyişdirər.
Yaxşı bir natiq, təsirli danışmasını bilən deyil, könülü bir inancla sərxoş olandır.
İnsan gəncliyində öyrənər, yaşlılığında anlar.
Başqasını tərifləməyənlərə, tənqid edənlərə, kimsədən məmnun olmayanlara baxın; bunlar kimsənin bəyənmədiyi insanlardır.
İnsanlar nə qədər az mütəfəkkirlərsə, o qədər çox danışarlar.
Cahil kimsənin yanında, kitab kimi səssiz ol.
Dualarınıza diqqət yetirin, reallaşa bilərlər.
Ya ümidsizsiniz. Ya da ümid sizsiniz. Ya çarəsizsiniz. Ya da çarə sizsiniz.
İnsana olanlar deyil, o insanın içində olanlar əhəmiyyətlidir.
Öyrəndiklərini bir saat kimi cibində daşı; ikidə bir saatı olduğunu göstərmək istəyən insanlar kimi ortaya çıxarma;
əgər biri sənə saatı soruşsa söyləyərsən; amma hər saat başında "saat qülləsi" kimi ötmə!
menali sözler azeri - azeri menali sözler
1. Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.(M.Anderson-Nökse)
2. Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.(Aristotel)
3. Heyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak)
4. Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.(A.Barbüs)
5. Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)
6. Hər gün insan üçün yeni bir həyatdır.(R.Beyker)
7. Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.(Ş.Bodler)
8. Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)
9. Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)
10. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.(A.Dante)
11. Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)
12. Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.(Ezop)
13. Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)
14. Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.(C.Fuller)
15. Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.(M.Gəncəvi)
16. Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)
17. Faydasız həyat- vaxtsız ölümə bərabərdir.(İ.Höte)
18. Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir.(V.İrvinq)
19. Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)
20. Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.(D.Karnegi)
21. Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.(Ç.Kolton)
22. Həyat əvvəldən axıradək öyrənməkdir.(J.Labrüer)
23. İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)
24. Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir.(Menandr)
25. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur.(C.Məmmədquluzadə)
26. Nəfsinin hakimi olan dünyanın ağası olar.(Naməlum)
27. Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.(Napoleon)
28. Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən.(F.Nitsşe)
29. Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)
30. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.(C.Robertson)
31. Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.(C.Santayana)
32. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)
33. Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir.(B.Spinoza)
34. Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)
35. Görmək və hiss etmək mövcud olmaq, düçünmək isə yaşamaq deməkdir.(U.Şekspir)
36. Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.(İ.Ten)
37. Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.(Q.Təbrizi)
38. Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.(L.Tolstoy)
39. Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.(O.Uayld)
40. Başqalarının halına yana bilən insan yaşamağa layiqdir.(Van Qoq)
41. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)
42. Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)
43. İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)
44. Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.(L.Vovenarq)
45. Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.(H.Toro)
- Shehvete qul olan, pul ile alinmish koleden de ashaghidir.
- Abirli olmaghin en ucasi insanin ozu ozunden utanmasidir.
- Ele qan var ki, onu dil toker.
- Nefsine zulm eden bashqasina qarshi nece edaletle reftar ede biler?
- Mezluma yardimchi ol, zalima dushmen kesil.
- Yaxshiligha emr et, pisliyi nehy.
- Gozle gormek bir sheyi eshitmekden irelidir.
- Esil, kok ata-analarin mensub oldughu nesille deyil, terifelayiq ustunluklerledir.
- Senin eyiblerini oyen, sene yaltaqliq eden, sen olmayan yerde qinayar, eyibler seni.
- Allahin nemetlerini dushunene Allah bacariq verer. Allahin zati haqqinda dushunen ise zindiq olar.
- Insanin dili olmasa, insan soz soylemese, surete burunmush bir varliqdan, yaxud bashi achiq buraxilmish otlayan bir heyvandan onun ferqi varmi?
- Birinin eleyhinde soylenen sozu dinleyen o sozu soyleyen kimidir.
- Sherden chekinen shexs xeyir ish gorene benzer; gunahdan ehtiyat eden kishi yaxshiliq edene doner.
- Atalarin dostlughu oghullar arasinda nesil-kok birliyi demekdir.
- Sozun yeri konuldur, ismarlandighi yer dushuncedir, onu quvvetlendiren aghildir, meydana chixaran dildir; bedeni herflerdir, cani ise mena bezeyi - bichimli soylenmesidir; duzgunluyu ise doghrulughundadir.
- Besiret gozu kor olanda gozle gormeyin faydasi yoxdur.
- Allahin sene verdiyi nemetleri itirme; Onun verdiyi nemetlerin eseri sende gorunmelidir.
- Gunahkari meyus etme; ele gunahkar var ki, sonu baghishlanmaqla biter. Ele qulluq eden vardir ki, sonda qullugha pozular, cehenneme geder.
1. Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin dönsün...və kimi itirdiyini dərk etsin.
2. Həyatı göz yaşlarınla sevindirməkdənsə qəhqəhələrinlə cəzalandır.
3. Unutma...yaşadığın bu günün təkrarı olmayacaq.
4. Hər şeyi bilmən önəmli deyil. Önəmli olan həddini bilməndir.
5. Bilin ki, inam qazanmaq üçün illər lazımdır.İnamı itirmək üçün isə sadəcə bir saniyə.
6. Yaxşılıq edə bildiyi halda bunu etməyən bir insan böyük günah işləmiş olur.
7. Vərəqə toxunan qələm kibritdən daha çox yandıra bilər.
8. İtirlmiş günlərin ən pisi bir dəfə də olsun gülmədiyiniz günlərdir.
9. Qonşunu sev, amma bağça divarını uçurma.
10. Müharibənin yaxşısı, sülhün pisi olmur.
11. Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.
12. Sizə yol göstəriləndə bir şeyi unutmayın ki, o yolu tək getməlisiniz.
13. Ümüdünü itirmiş olanın başqa itirəcək heç bir şeyi yoxdur.
14. Verilməsi ən asan şey nəsihət, alınması ən çətin şey ibrətdir.
15. Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
16. Yaşadığımız hər an öz haqqını istəyər.
17. Zamanında bir addım atmayan insan sonradan 100 addım atmaq məcburiyyətində qalacaq.
18. Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər.
19. Başqasından üstün olmamız önəmli deyil. Əsas önəmli olan dünənki halımızdan üstün olmamızdır.
20. Dürüst insan hər zaman, ağıllı insan isə zamanında doğrunu söyləyər.
21. Gələcəyi satın ala biləcək tək şey bu gündür.
22. Yaxşılığa gücün çatmırsa, pislik də etmə.
23. Yaxşılığı ancaq yaxşılar başa düşər, pisliyi isə hər kəs.
24. Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur.
25. Yanıldığını əsla qəbul etməyənlər ən çox yanılanlardır.
26. Savaş istəyirik! Ən birinci öldürüldü bunu deyən...
27. Kimin deyil, nəyin doğru olduğu önəmlidir.
28. İnsanlara ən böyük yaxşılıq ağıllarından istifadə etməyi öyrətməkdir.
29. Düşünməmizi öldürən ən böyük düşmənimiz kiməsə alışmağımızdır.
30. Özünü bil.