Tarkan Azərbaycan mahnısına klip çəkdirəcək

Son güncelleme:
  • Meqastar Tarkanın azərbaycanlı müəlliflər Baba Vəziroğlu və Kamalın mahnısını oxuduğu barədə məlumat vermişdik. Xatırladaq ki, müğənninin ifasında həm Türkiyə türkcəsində, həm də bir bəndi Azərbaycan türkcəsində lentə yazılan məşhur «Səndən nigaranam» mahnısı Tarkanın bu günlərdə buraxılacaq albomuna daxil ediləcək və bütün Avropa ölkələrinə yayılacaq. Mahnı yay aylarında lentə yazılsa da, onun albomdan əvvəl geniş kütlənin dinləməsinə qadağa qoyulub.
    Mahnının söz müəllifi Baba Vəziroğlunun Milli.Az xəbər portalına bildirdiyinə görə, tezliklə mahnıya klip çəkiləcək. Hazırda bir qrup insan bunun üzərində danışıqlar aparır.
    Şairi qeyd edir ki, klipin ya Türkiyədə, yaxud da Bakıda ekranlaşdırılması nəzərdə tutulub.
    Tarkanın nəzərdə tutulan Bakı konserti isə qüvvədədir. B.Vəziroğlu bu barədə yaxın günlərdə açıqlama veriləcəyini söylədi.
0 0 0