Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 125 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Ölmürəm Qorxuram Anam Dərd Çəkər - Sərdar zeynal
Ölmürəm Qorxuram Anam Dərd Çəkər - Sərdar zeynal
485
Son güncelleme: 17.12.2010 09:05
Züleyha Günel
Baş alıb yol gedir bu ömür hara,
İllərin ardınca illər nəhs gəlir.
Qarlı qış üz tutub gedir bahara,
Sazağın ardınca xoş nəfəs gəlir.
Vədəsiz qar yağdı mənim ömrümə,
Nə qala ucaltdım, nə yuva tikdim.
Qaş-qabaq, kin gördüm, üz tutdum kimə,
Haraya tələsdim, ora gecikdim.
Yurdlar var xaraba, ev var tamaşa,
İnsan da rəng kimi, löyün-löyündü.
"Baş üstə", "bəli" lər çəkilir başa,
Hər yerdə yaltağın bəxti yeyindi.
Kim deyir qoç olmaz yetim quzudan,
Kim deyir çaqqalar gödən dağıtmır.
Yaxşılar uduzan, yamanlar udan,
Nədəndir, bu bölgü könlümə yatmır.
Qan-qada havayı, ölüm havayı,
Əl edib ayrılır bu ötən illər.
Ayazda, şaxtada yaşadıq yayı,
Nələri görmədi bizim nəsillər.
Dərd əkdim-Üyütdüm dəyirman kimi,
Nələri yazmadım daş yaddaşıma.
Bir ömür yaşadım pərişan kimi,
Ağlıma gəlməyən gəldi başıma.
Güllərim xəzandı, çiçəyim həşəm,
Vətənin dərdini igid, mərd çəkər.
Bu miskin dünyadan elə bezmişəm,
Ölmürəm, qorxuram anam dərd çəkər.
#17.12.2010 09:05
0
0
0
Ölmürəm Qorxuram Anam Dərd Çəkər - Sərdar zeynal Konusuna Benzer Konular
CaNiM aNaM'a..
31.07.2004
HASRET KALDIM ANAM
16.08.2004
ANAM (dr.nezii)
09.09.2004
Anam aglar
21.10.2004
Ah Yandım Anam
17.01.2005
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı