Türkiyənin məşhur müğənnilərindən olan Ebru Gündeşin dərdlərinin əlacı Azərbaycan əsilli iş adamı Rza Zərrab olub.
Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, Rza Zərrabla evlənməzdən əvvəl iş stressi və digər çətinliklər səbəbindən əsəbi olan, hər ay psixoloqa gedən, həkim məsləhəti ilə dərman qəbul edən Ebru Gündeş bu ilin fevral ayında nikah masasına oturduqdan sonra dəyişib.
Müğənni həm psixoloqlara baş çəkməyə, həm də dərman qəbul etməyə son qoyub. Ebru Gündeş yaxınlarına bildirib ki, o, həyatının ən rahat və gözəl günlərini yaşayır və bunun sayəsində dərdlərindən qurtulub.