Yanımda bu qədər insan var... Hər ölkədən... Hər irqdən, hər rəngdən...
Amma yenə də təkəm... İçimdəki bu tənhalıq sənin yoxluğun imiş məgər... Mən sənin getdiyini sanmışammış... Amma sən heç getməmisənmiş... Gedən yalnız sənin bədəninmiş... Ruhun mənimləymiş... Həsrətin mənimləymiş... Gözlərin gözlərimdə əks olnub qalıbdır... Xəyalın ağlıma həkk olunub... Səsin qulağımdadır.. Hər şeyinlə məndə qalmısan... Mən də sənisizliyin içində...
Mən səni sevdim... Sənə olan sevgimdən sənə doğru addımladıqca, səni itirirdim... Yox olurdun, əlimi uzadırdım, amma hər zaman boşluqda qalırdım...
O isə məni sevdi... Mənə doğru gəldikcə sənə sevgimdən onu rədd edirdim... Əlini tutmağı bacarmadım....
Və "biz"ə doğru son dəfə əlimi uzatdım... Əlimi tutdu(n)... Bu nə sən, nə də o idi...
Həyatımıa yenicə girməyə can atan yeni bir sevgi idi... İstəmədən, amma bilərəkdən onun əlini tutdum... Sevməyərək, amma qəbul edərək onun oldum... Həyatımın geri qalanını sevgisiz, eyni keçəcəyini bilərək, amma kiçicik bir ümidlə onunla sonsuza doğru getməyi qəbul etdim...
Bəlkə də bu bir qisas idi... Kimin isə qisası... Səninmi?!... Onunmu?!... Ya da mənimmi?!...