Tarixde Bugün - 28 Dekabr

Son güncelleme: 28.12.2010 00:02
  • 28 dekabr. İlin sonuna 3 gün qalır.

    1308. Hanazononun başçılığı altında Yapon İmperiyası qurulub

    1612. Q.Qaliley Neptun planetini kəşf edib, lakin onun ulduz olduğunu zənn edib

    1836. İspaniya Meksikanın müstəqilliyini tanıyıb

    1856. ABŞ-ın iyirmi səkkizinci prezidenti Vudro Vilson anadan olub

    1869 Amerikalı Villiam E. Semple saqqıza patent alıb

    1895. Alman fizik Vilhelm Rentgen beynəlxalq konfransda yeni şüa kəşf etdiyini bəyan edib

    1908. Sicilyada zəlzələ 78 000 insanın həyatına son qoyub

    1917. Britaniyada qadınlara seçki hüququ verilib

    1925. Rus şairi Sergey Yesenin vəfat edib

    1937. Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli anadan olub

    1942. Yaponiya hərbi hava qüvvələri Kəlküttəni bombardman edib

    1945. Amerikalı yazıçı Teodor Drayzer vəfat edib

    1960. Türk yazıçı Rəşad Nuri Güntəkinin ölümündən 4 il sonra onun "Son sığınacaq" romanı tapılıb

    1968. İsrail xüsusi təyinatlıları Beyrut aeroportunda 14 mülki təyyarəni məhv edib

    1989. Cəlilabadda vəziyyəti nizama salmaq üçün rayona milis dəstələri yeridilib, kütləvi həbslər aparılıb. Buna cavab olaraq xalq raykom və milisin binalarını dağıdıb. Toqquşmalar zamanı 150 nəfər xəsarət alıb

    1991. Türkiyədə ilk kürd dilli qəzet "Rojname" nəşrə başlayıb

    1994. Bakıda Cəlil Məmmədquluzadənin ev muzeyi açılıb

    1994. Azərbaycan Respublikası Kamboca ilə diplomatik əlaqələr qurub

    1997. Ankara Metrosu istifadəyə verilib

    1999. Azərbaycan Dövlət Neft Fondu təsis edilib

    1999. Saparmurad Niyazov (Türkmənbaşı) özünü ömürlük prezident elan edib

    2001. Dövlət əmlakının mənimsənilməsi və dövlətə xəyanətə görə Konqonun keçmiş prezidenti Paskal Lissuba barəsində qiyabi hökm çıxarılıb

    2007. Nepal Demokratik Federal Respublikaya çevrilib...
#28.12.2010 00:02 0 0 0