Tarixde Bugün - 1 Yanvar

Son güncelleme: 02.01.2011 22:09
  • 1 yanvar. 20011-ci ilin ilk günü.

    E.ə 45. Romada Yulian təqvimi qəbul edilib

    1788. Londonda ilk qəzet "The Times" nəşrə başlayıb

    1863. Amerika prezidenti Avraam Linkoln "Köləliyin ləğv edilməsi haqqında Manifest"i imzalayıb

    1894. Alman fizik Henrix Hers vəfat edib

    1901. Avstraliya müstəqillik əldə edib

    1901. Qafqazda xəzinənin xeyrinə toplanan evbaşı mükəlləfiyyətlər ləğv edilib və bunun əvəzinə "Dövlət töycü mükəlləfiyyəti və torpaq vergisi haqqında Qanun" qəbul edilib

    1918. Nərimanov bütün müsəlman əhalini hakimiyyətin fəhlə və əsgər deputatları Sovetinə verilməsini müdafiə etməyə çağırıb

    1919. Azərbaycan hökuməti fəhlələrin vəziyyətini yaxşılaşdırmaq üçün əmək haqqına əlavə olaraq subsidiyalar verilməsinə qərar verib

    1919. Belorusiya SSR yaranıb

    1920. Azərbaycan Aktyorlar İttifaqının iclasında H.Ərəblinskiyə abidə qoyulması qərara alınıb

    1929. Azərbaycan SSR-də ərəb əlifbasından latın əlifbasına keçilib

    1932. Qorki Avtomobil Zavodu (GAZ) fəaliyyətə başlayıb

    1934. Azərbaycan sovet yazıçılarının "Ədəbiyyat" qəzetinin ilk nömrəsi çapdan çıxıb

    1935. Türkiyədə soyad qanununun qəbul edilməsi ilə bütün titullar ləğv edilib. Mustafa Kamal paşa isə Atatürk adını alıb

    1937. Aktyor Eldəniz Zeynalov anadan olub

    1939. "Hewlett-Packard" şirkətinin əsası qoyulub

    1940. Azərbaycan SSR-də kiril qrafikasına keçid elan edilib

    1945. Fransa Millətlər Cəmiyyətinə üzv olub

    1956. Sudan müstəqillik əldə edib

    1958. "Göyərçin" jurnalı nəşrə başlayıb

    1960. Kamerun müstəqillik əldə edib

    1961. "Elm və həyat" jurnalı nəşrə başlayıb

    1970. Bakıda "Sovet türkologiyası" jurnalı nəşrə başlayıb

    1984. Bruney müstəqillik əldə edib

    2007. Bolqarıstan və Rumıniya Avropa Birliyinə üzv olub.
#02.01.2011 22:09 0 0 0