Tarixde Bugün - 7 Yanvar

Son güncelleme: 07.01.2011 00:46
  • 7 yanvar. İlin sonuna 358 gün qalır.

    1598. Boris Qodunov rus çarı olub

    1610. Qaliley Yupiterin 4 böyük peykini aşkar edib

    1714. İngilis mühəndisi Henri Mill yazı makinasını patentləşdirib

    1927. London və Nyu-York arasında ilk birbaşa qitələrarası telefon danışığı baş tutub

    1929. "Tarzan" filmi nümayiş etdirilib

    1839. Fransız fiziki Fransua Araqo təsvirlərin alınmasının kimyəvi xüsusiyyətləri barədə məlumat verib. Bu tarix fotoqrafiyanın başlanğıcı hesab olunur

    1910. Fransız pilot Ubert Latham aviasiya tarixində ilk dəfə olaraq 1000 metrdən yüksəyə qalxıb

    1914. Panama kanalı gəmilər üçün açılıb

    1942. Azərbaycan KP-nin qərarı ilə "Yaralı əsgər və komandirlərə Azərbaycan Respublikası yardım Komitəsi" təşkil edilib

    1943. Xorvat əsilli fizik Nikola Tesla vəfat edib

    1953. ABŞ prezidenti Hari Trumen ölkəsinin atom silahına malik olduğunu açıqlayıb

    1959. ABŞ Fidel Kastronun qurduğu rejimi tanıyıb

    1979. Vyetnam qoşunları Kambocada Pol Pot rejimini devirib

    1980. İndira Qandi Hindistanın baş naziri seçilib

    1985. Formula 1 pilotu Levis Hamilton anadan olub

    1989. Naxçıvan MSSR ərazisində SSRİ-Türkiyə sərhədindəki qurğular dağıdılıb

    2008. Havanın şaxtalı keçməsi ilə əlaqədar olaraq Azərbaycanın orta məktəblərində dərslər 3 gün müddətinə dayandırılıb...
#07.01.2011 00:46 0 0 0