Bakıya yağış rayonlara qar yağacaq

Son güncelleme:
  • noimage

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyinin əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarına gəlincə, yanvarın 8-də hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı, axşama doğru yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şərq küləyinin əsəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.

    Qaynaq:lent.az
0 0 0