Tarixde Bugün - 9 Yanvar

Son güncelleme:
  • 9 yanvar. İlin sonuna 356 gün qalır

    1792. Türkiyə və Rusiya arasında Yassı sülh sazişi imzalanıb

    1873. Fransız imperatoru III Napoleon vəfat edib

    1890. Çex yazıçısı, robot sözünün müəllifi Karel Çapek anadan olub

    1905. Peterburqda "Qanlı bazar günü". Hökumət qüvvələrinin dinc nümayişçiləri atəşə tutması nəticəsində 130 nəfər həlak olub, 300 nəfər yaralanıb (statistika ziddiyyətlidir)

    1913. ABŞ prezidenti Riçard Nikson anadan olub

    1918. Qafqaz cəbhəsindən geri qayıdan rus qoşunu ilə Zaqafqaziya hərbi hissələri arasında Dəllər stansiyası ətrafında baş verən döyüş başa çatıb

    1919. İstanbul. ADR-in xarici işlər naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı İranın xarici işlər naziri (müşaverel məmalik) Əliqulu xan "Azərbaycanın problemlərindən çıxış yolu" kimi İranla birləşməyi məsləhət görüb

    1922. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 2-ci sessiyasında Zaqafqaziya Federasiyasının vahid sovet respublikaları ittifaqına daxil olması bəyənilib

    1939. Fransium radioaktiv elementi alınıb

    1949. Aktyor İlham Namiq Kamal anadan olub

    1951. BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb

    1958. Roma papası II İohan Paveli öldürməyə cəhd etmiş Mehmet Ali Ağca anadan olub
    1960. Sovet İttifaqının texniki dəstəyi ilə Misirdə Asuan bəndinin tikintisinə başlanılıb. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy burada tərcüməçi kimi çalışıb

    1992. Serbiya Respublikası müstəqilliyini elan edib

    1995. Azərbaycan Respublikası Malta və Qayana ilə diplomatik əlaqələr qurub

    1996. Salman Raduyevin başçılıq etdiyi dəstə Dağıstanın Kizlyar şəhərində 3000-dən çox insanı xəstəxanaya toplayaraq girov götürüb

    2001. Rusiya prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Bakı bəyannaməsi imzalanıb

    2005. Mahmud Abbas Fələstin Muxtariyyətinin başçısı seçilib

    2009. Nardaranda nümayişlər zamanı kənd ağsaqqallarından biri deputat Sabir Rüstəmxanlını ölümlə təhdid edib.
0 0 0