Tarixde Bugün - 12 Yanvar

Son güncelleme:
  • 12 yanvar. İlin sonuna 353 gün qalır.

    1580. Belçikalı kimyaçı Yan Batista anadan olub. O, elmə "qaz" terminini gətirib

    1665. Fransız fizik Pyer Ferma anadan olub

    1876. Amerikan yazıçı Cek London anadan olub

    1876. Türk hərbi xadimi, sonuncu türk marşalı Fevzi Çakmak anadan olub

    1893. Sovet aviasiya mühəndisi Mixail Quryeviç (MİQ təyyarələrinin yaradıcısı) anadan olub

    1903. Fizik, sovet atom bombasının atası İqor Kurçatov anadan olub

    1907. Sovet kosmonavtikasının aparıcı siması Sergey Korolyov anadan olub

    1908. Şərqdə ilk opera hesab edilən "Leyli və Məcnun"un ilk tamaşası keçirilib

    1945. Sovet qoşunları Şərqi Avropada güclü əks hücuma başlayıb

    1976. İngilis yazıçı Aqata Kristi vəfat edib

    1989. A.Volskinin rəhbərlik etdiyi qondarma Xüsusi İdarə Komitəsi fəaliyyətə başlayıb

    1990. Sovet lideri Qorbaçovun Vilnüsə səfəri zamanı 300 000 nəfər müstəqillik tələbi ilə mitinq keçirib

    1990. Rumıniya ilk Şərqi Avropa ölkəsi olaraq Kommunist Partiyasını qadağan edib

    1991. ABŞ Konqresi Corc Buşa İraqda silah tətbiq etməyə səlahiyyət verib

    1998. 19 Avropa ölkəsi insan klonlanmasına dair ilkin qanunu ratifikasiya edib

    2000. Türkiyədəki koalisiya hökuməti terrorçu Abdulla Öcalan barəsində çıxarılan ölüm hökmünün icrasını təxirə salıb

    2004. Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam verib

    2006. Həcc ziyarəti zamanı şeytan daşlama mərasimində basabas zamanı 362 zəvvar vəfat edib

    2008. Gürcüstanın birinci xanımı Sandra Rulofs Azərbaycanda bir sıra görüşlər keçirib

    2009. Estoniya prezidenti Tomas Hendrik İlves Azərbaycana rəsmi səfərə gəlib

    2009. Azərbaycan ombudsmanı İsrailin Qəzzaya hücumunu pisləyib

    2009. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov ölkəsinin Ermənistana 800 milyon dollarlıq silah satması ilə bağlı XİN-ə çağırılıb

    2009. Azərbaycan ekspedisiyası Antarktidanın Vilson zirvəsinə Azərbaycan bayrağını sancıb.
0 0 0