Eurovision təmsilçimiz Arash evlənməyə hazırlaşır

Son güncelleme: 13.01.2011 12:57
  • noimage

    "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı Aysel Teymurzadə ilə birlikdə təmsil edən müğənni Araş evlənməyə hazırlaşır.

    Lent.az-ın "postironic.org" saytına istinadən verdiyi məlumata görə, müğənni bir ildir birlikdə olduğu sevgilisi Behnaza evlilik təklifi edib.

    Araşla Behnaz İçveçin şəhərciklərindən birində keçirilən tennis turniri zamanı tanış olublar. Müğənni ilk baxışdan Behnaza aşiq olub.

    Jurnalistlərin əldə etdiyi məlumata görə, toy təmtəraqlı və romantik olacaq. Dəqiq yer və məkan hələlik müəyyənləşməyib.

    Maraqlı bir faktı da diqqətə çatdıraq ki, sənətçi "Boro-boro" mahnısı ilə məşhur olmazdan öncə uşaq bağçasında tərbiyəçi işləyib. Müğənni uşaqları çox sevir və ata olmaq arzusundadır.

    LENT.AZ

#13.01.2011 12:56 0 0 0
  • ay Sarkılarına Bayılıyorum ben bu adamın ! :)
#13.01.2011 12:57 0 0 0