Səbət dolu göbələk salatı

Son güncelleme: 30.01.2011 16:24
  • Ərzaqlar:

    Xəmir üçün:
    1 stəkan un
    100 qram kərə yağı
    1 ədəd yumurta sarısı
    100 qram pendir
    duz

    Salat üçün:

    200 qram göbələk (və yaxud marinadaya qoyulmuş göbələk)
    2 ədəd yumurta
    1 ədəd soğan
    1 ədəd alma
    2 x.q. xama
    duz

    Hazırlanma qaydası:

    Unun üzərinə yumşaldılmış yağ tökülür və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Daha sonra üzərinə sürtkəcin xırda gözündən keçirilimiş pendir, yumurta sarısı əlavə edib, qarışdırın. Duz səpib, xəmir yoğurmağa başlayın. Xəmiri 30 dəqiqə ərzində soyuducuya yerləşdirin.
    Soyudulmuş xəmiri 7-8 mm qalınlığında yayıb, dairəvi şəkildə kəsin.
    Sonra "səbətləri" bişirmək üçün xüsusi forma qablarına yağ çəkib, dairəvi şəkildə kəsdiyiniz xəmiri forma qabına yerləşdirərək, səbət formasına salın.
    "Səbətləri" 180-200 dərəcə qızdırılmış sobada 10-20 dəqiqə ərzində bişirin.
    Bişirilmiş "səbətləri" sobadan çıxarıb, soyumaq üçün kənara qoyun. Sonra soyumuş "səbətləri" forma qabından çıxarıb, içini müxtəlif salatla doldurun.

    Göbələkli salatı hazırlamaq üçün:
    Soğanı xırdalayıb, yağda qovurun. Qızardılmış soğanın üzərinə xırda kub şəklində doğranılmış göbələk əlavə edib, qarışdırın. Duz səpməyi unutmayın. Göbələkləri soğanla 15-20 dəqiqə ərzində bişirin (göbələklər tam bişənə qədər). Soyumaq üçün kənara qoyun.
    Bişmiş yumurtaları və almaları (qabığı soyulmuş) xırda kub şəklində doğrayın.
    Sonra göbələk, yumurta və almaları birləşdirib, qarışdırın. Üzərinə xama, duz və xırda doğranılmış göyərtiləri əlavə edib, yenidən yaxşıca qarışdırın. Nuş olsun!
#30.01.2011 16:24 0 0 0