Flora Kərimova rəqqasə Oksananı ayaq üstə alqışladı

Son güncelleme: 04.02.2011 09:24
  • Tanınmış şairə Xuraman Vəfanın yazdığı "Kimsə sevəcək" adlı şeirə çəkilən klip bu gün mətbuat nümayəndələrinə təqdim olunub.

    Lent.az-ın məlumatına görə, şeir teleaparıcı Zabir Əliyev və rəqqasə-teleaparıcı Oksana Rəsulova tərəfindən səsləndirilib. Təqdimatda xalq artisti Flora Kərimova da iştirak edib. Müğənni klipi ayaq üstə izləyib və Oksananı da ayaq üstə alqışlayıb: "Mən məqsədli şəkildə klipi ayaq üstə izlədim ki, səni ayaq üstə alqışlaya bilim".


    Klipin musiqisi gənc ifaçı Əli Şahin tərəfindən türk sazında səsləndirilib. Oksana və Əli Şahin aktyor oyunundan məharətlə istifadə ediblər. Əli Şahin həm saz ifaçısı, həm də klipin əsas personajıdır. Klipdə qovuşmayan gənclərin hissləri ön plandadır.


    Təqdimatda teleaparıcı Zabir Əliyevin ifa etdiyi "Budu" adlı yeni mahnıya çəkilən klip də nümayiş olunub. Hər iki klipin rejissoru Zabir Əliyevdir.

    Lalə

    noimage
    noimage
#04.02.2011 09:24 0 0 0