Masallı Telekommunikasiya Qovşağının binasında partlayış

Son güncelleme: 08.02.2011 00:23
  • noimage
    Bu gün saat 14.40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib.

    APA-nın cənub bürosunun məlumatına görə, partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsinin divarları tamam dağılıb.

    Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin xilasediciləri hadisə yerində xilasetmə işlərinə cəlb olunublar.

    Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat verilmir.

    qaynaq:lent.az
#08.02.2011 00:23 0 0 0