Yıldız Tilbə Bakıda toyda pulsuz oxuyacaq

Son güncelleme: 08.02.2011 00:27
  • noimage


    Türkiyənin məşhur sənətçilərindən Yıldız Tilbə Bakıya gələcək.

    Lent.az-ın məlumatına görə, müğənni şou-biznesin tanınmış prodüserlərindən olan Mikayıl Hüseynovun qardaşının toy mərasimində iştirak edəcək. Bakıda konsert üçün menecerlərdən yüksək qonorar tələb edən müğənni bu məclisdə pulsuz oxuyacaq.


    Mikayıl Hüseynov Lent.az-a açıqlamasında məlumatı təsdiqləyərək, deyib ki, onun Rəcəb adlı dostunun Y.Tilbə ilə yaxşı münasibəti var. Müğənnini toya plastik cərrah olan Rəcəb dəvət edib.


    Leyla
#08.02.2011 00:27 0 0 0