Döş xərçəngi riskinizi hesablayın

Son güncelleme: 12.02.2011 22:44
  • Döş xərçəngi riskinizin ehtimalini hesablamaq üçün kiçik bir test:



    1- İlk menstruasiyanız neçə yaşınızda olub?
    A) 11 yaşından sonra
    B) 11 yaşından əvvəl

    2- Menapoza neçə yaşında girmisiniz?
    A) 55 yaşından əvvəl
    B) 55 yaşından sonra

    3- İlk doğum neçə yaşında etmisiz?
    A) 30 yaşından əvvəl
    B) 30 yaşından sonra və ya heç doğum etməmisinizsə

    4- Uzun müddət hamiləlikdən qorunma həbi istifadə etmisinizmi?
    A) 3 ildən daha az davamlı istifadə etmişsinizsə
    B) 3 il və daha uzun müddət istifadə etmişsinizsə

    5- Uzaq qohumlarınızda 1 və ya 2 dənə döş xərçəngi varmı?
    A) Yox
    C) Var

    6- Bir dənə yaxın qohumunuzda (ana, bacı, uşaq) qohumunuzda döş xərçəngi varmı?
    A) Yox
    D) Var

    7- Birdən çox yaxın qohumunuzda döş ya da yumurtalıq xərçəngi varmı?
    A) Yox
    E) Var

    8- Yaxın qohumlarınızda iki tərəfli və ya gənc yaşda (40 yaşından kiçik) inkişaf edən döş xərçəngi varmı?
    A) Yox
    E) Var

    Bal vermə:
    A : 0 bal
    B : 1 bal
    C : 5 bal
    D: 10 bal
    E: 20 bal

    Qiymətləndirmə:


    0 Bal: Bir risk faktorunuz yox. Həyat boyu döş xərçənginə tutulma nisbətiniz %10 ətrafında.


    1-4 Bal: Yüngül risk qrupundasınız. Həyat boyu döş xərçənginə tutulma riskiniz %10-15 arasında. Standart təqib proqramını nəzərə alin.


    5-9 Bal: Orta dərəcəli risk qrupundasınız. Həyat boyu döş xərçənginə tutulma nisbətiniz %10-20 arasında. Standart təqib proqramını yerinə yetirin və hərdən müayinə pis olmaz.


    10-19 Bal: Yüksək risk qrupundasınız. Həyat boyu döş xərçənginə tutulma nisbətiniz %20-in üzərində. Xüsusi təqib proqramına və tez-tez müayinəyə ehtiyacınız var.


    20-59 Bal: Olduqca yüksək bir risk qrupundasınız. Həyat boyu döş xərçənginə tutulma nisbətiniz %20-85 arası. Xüsusi təqib proqramına və mütləq tez-tez müayinəyə ehtiyacınız var.

    P.S. Standart təqib - yəni özümüz əl ilə döşlərimizi yoxlamaq və nəzarət etmək,

    Xüsusi təqib - həkim müayinəsində döşlərimizi yoxlatdırmaq və nəzarət etdirmək.
#10.02.2011 15:31 0 0 0
  • Teşekkürler canım....
#12.02.2011 22:44 0 0 0