Fevralın 11-də Yevlaxda 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mingəçevir-Aran yolunun 8-ci kilometrliyində "Opel Astra" markalı "02 BX 734" dövlət nömrə nişanlı avtomobil aşıb.
Qəza nəticəsində avtomobildə olan 1963-cü il təvəllüdlü Ağdam rayon sakini Abbasova Təranə Valid qızı ölüb. Onun oğlu, avtomobili idarə edən 1984-cü il təvəllüdlü Abbasov Natiq İlham oğlu isə xəstəxanaya yerləşdirilib. Digər sərnişin isə yüngül xəsarətlər aldığından evə buraxılıb.