Tarixde Bugün - 17 Fevral

Son güncelleme:
  • 17 fevral. İlin sonuna 317 gün qalır.

    1600. İtalyan alim Cordano Bruno edam edilib

    1673. Fransız dramaturq Molyer vəfat edib

    1798. Fransız alim Oqüst Kont anadan olub. Kont "sosiologiya" termininin müəllifi hesab edilir

    1957. Türk ordusunun komandası futbol yarışında amerikalı rəqiblərini 19:0 hesabı ilə məğlub edib

    1972. Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri idi

    1981. Amerikan fotomodel və aktrisa Paris Hilton anadan olub

    1982. Moskva metrosunda eskalatorun qırılması nəticəsində rəsmi məlumatlara görə 30 nəfər həlak olub

    1983. "ADA" proqramlaşdırma dili meydana çıxıb

    1993. Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb

    1994. Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb

    2002. Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb, ölkədə avroya keçilib. Fransız frankı 641 il tədavüldə olub

    2008. Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib.

    2009. Amerikalı ermənişünas alim Ronald Suninin "Erməni xalqı: qədim dövrdən bu günə kimi" kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərməsi ermənilərin qəzəbinə səbəb olub.
0 0 0
  • Saolasan canım benim....noimage
0 0 0