Dövlət Rəmzləri ve Təhsil

Son güncelleme: 17.02.2011 03:38
  • Dövlət Rəmzləri ve Təhsil


    noimage

    noimageAzerbaycan Byrağı

    Azərbaycan Respublikasının dövlət rəmzləri: Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

    Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

    Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni ölkə Konstitusiyası ilə müəyyən edilir.

    Paytaxt


    Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

    Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.


    İqtisadiyyat


    Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb (1 AZN = 5000 AZM). Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir. Hazırda köhnə manat əskinasları tamamilə dövriyyədən çıxarılıb.


    Dil

    Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

    Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

    Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

    Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

    Azərbaycan universitetlərinin siyahısı

    Bakı Dövlət Universiteti-Bakı ş. Z.Xəlilov küçəsi 23,
    Azərbaycan Dövlət Neft Akademiyası- Bakı ş. Azadlıq prospekti, 20
    Azərbaycan Tibb Universiteti- Bakı ş. Bakıxanov küçəsi 23,
    Azərbaycan Texniki Universiteti- Bakı ş. Hüseyn Cavid pr. 25
    Azərbaycan Dövlət İqtisad Universiteti- Bakı ş. İstiqlaliyyət küçəsi 6,
    Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı- Rusiya Federasiyası, Dərbənd şəhəri, S.Stalski 26
    Azərbaycan Dövlət Pedaqoji Universiteti- Bakı ş. Ü.Hacıbəyov küçəsi 34,
    Azərbaycan Memarlıq və İnşaat Universiteti- Bakı ş. A.Sultanova küçəsi 5,
    Bakı Slavyan Universiteti- Bakı ş., S. Rüstəm küçəsi 25,
    Azərbaycan Dillər Universiteti- Bakı ş. R.Behbudov küçəsi 60,
    Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası- Bakı ş., Fətəli xan Xoyski prospekti, 98
    Azərbaycan Kənd Təsərrüfatı Akademiyası- Gəncə şəhəri, Atatürk prospekti 262,
    Bakı Musiqi Akademiyası- Bakı ş. Ş.Bədəlbəyli küçəsi 98
    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Bakı ş. İnşaatçılar prospekti, 9
    Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası- Bakı ş., Lermontov küçəsi 74
    Azərbaycan Dövlət Dəniz Akademiyası- Bakı ş., Azərbaycan prospekti, 18
    Milli Aviasiya Akademiyası- Bakı, Binə qəs. Avia şəhər
    Sumqayıt Dövlət Universiteti- Sumqayıt şəhəri, 43-cü məhəllə
    Lənkəran Dövlət Universiteti- Lənkəran şəhəri, general Həzi Aslanov xiyabanı 50
    Gəncə Dövlət Universiteti- Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 187
    Azərbaycan Texnologiya Universiteti- Gəncə şəhəri, 28 may küç. 103,
    Mingəçevir Politexnik İnstitutu- Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 21
    Naxçıvan Dövlət Universiteti- Naxçıvan şəhəri, Universitet şəhərciyi,
    Azərbaycan Rəssamlıq Akademiyası- Bakı ş., Moskva prospekti, 58
    Azərbaycan Milli Konservatoriyası- Bakı ş., Mirzə İbrahimov küç., 8
    Naxçıvan Müəllimlər İnstitutu- Naçıvan şəhəri, Azadlıq küç.1
    Azərbaycan Müəllimlər İnstitutu- Bakı, K.Rəhimov
    * Sumqayıt filialı- Sumqayıt, 16-cı kvartal 38a
    * Ağcabədi filialı- Ağcabədi, M.Ə.Rəsulzadə pr.210
    * Şəki filialı- Şamaxı, Şəhriyar qəs. Azadlıq küç.1
    * Cəlilabad filialı- Cəlilabad şəhəri
    * Quba filialı- Quba, Fətəli Xan küç.4
    * Zaqatala filialı- Zaqatala, Əzizbəyov küç.4
    * Qazax filialı- Qazax, M.Ə.Sabir küç.150
    * Mingəçevir filialı- Mingəçevir, M.Ə.Rəsulzadə pr.55/18
    * Gəncə filialı- Gəncə şəhəri, Xətai pr.56
    * Salyan filialı- Salyan şəhəri
    * Şamaxı filialı- Şamaxı şəhəri



    XÜSUSI TƏYINATLI ALI MƏKTƏBLƏR:

    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi- Nahimov küç
    Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi- Nahimov küç AS 1018
    Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi- Nahimov küç
    Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası
    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası Yesenin küç 3


    QEYRİ-DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ:

    "Qərb" Universiteti- Bakı ş., İstiqlaliyyət küçəsi 27
    Bakı "Asiya" Universiteti- Bakı ş., A.Salamzadə küçəsi 28
    Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti- Bakı ş., Təbriz küçəsi 19
    "Azərbaycan" Universiteti- Bakı, Mirəli Qaşqay küçəsi 84
    "Qafqaz" Universiteti- Bakı ş., N.Nərimanov prospekti, 103
    "Xəzər" Universiteti- Bakı ş., Məhsəti küçəsi 11; B. Səfəroğlu küçəsi, 122
    "Odlar Yurdu" Universiteti 370072- Bakı ş., Köroğlu Rəhimov küçəsi, 835 məhəlləBakı Avrasiya Universiteti- Bakı ş., N.Nərimanov rayonu, akad. H.Əliyev küçəsi 135a
    Bakı Qızlar Universiteti- Bakı ş., Mövsüm Sənani küçəsi 14
    Azərbaycan Beynəlxalq Universiteti- Bakı ş., 7-ci mikrarayon, Xarici dairəvi küçəsi 179
    Azərbaycan Kooperasiya Universiteti- Bakı ş., Nəcəf Nərimanov küçəsi 8b
    Bakı Biznes Universiteti- Bakı ş., Zərdabi küçəsi 88a
    Azərbaycan İctimai-Siyasi Universiteti- Bakı ş., F.Ağayev küçəsi 14
    Naxçıvan Özəl Universiteti- Naxçıvan şəhəri, Azadlıq prospekti 1
    Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialı- Bakı ş. Azadlıq prospekti 18

    Mənbə-Azerbaycan saytı...Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytı
    __________________
#17.02.2011 03:38 0 0 0