Tarixde Bugün - 21 Fevral

Son güncelleme: 21.02.2011 15:17
  • 21 fevral. İlin sonuna 313 gün qalır.

    1677. Filosof Benedikt Spinoza vəfat edib

    1848. "Kommunist partiyasının manifesti" (Karl Marks, Fridrix Engels) nəşr edilib

    1895. Məşhur sovet şərqşünası Yevgeni Belyayev anadan olub

    1916. Birinci Dünya müharibəsinin ən qanlı əməliyyatlarından olan Verden vuruşması başlayıb. Bir ilə yaxın davam edən vuruşmalarda təqribən 300 000 insan həlak olub. Tarixçilər bu hadisəni "Verden cəhənnəmi" adlandırırlar

    1920. SSRİ-də "QOELRO" planı qəbul edilib

    1921. Yoxsul komitələrinin I Ümumazərbaycan qurultayı başlayıb. Qurultay 23 dekabrda başa çatıb

    1955. Tarzən Elxan Mansurov anadan olub

    1973. Laosda müharibə başa çatıb

    1984. Sovet yazıçısı Mixail Şoloxov vəfat edib

    1992. Azərbaycan Respublikası Fransa və Polşa ilə diplomatik münasibətlər qurub

    1997. Akademik Ziya Bünyadov qətlə yetirilib

    1998. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hüquqi yardım haqqında Saziş imzalanıb

    2001. Bakıda TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin ofisi açılıb
    2010. İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları Ağsu aşırımında qəzaya uğrayıb...
#21.02.2011 15:17 0 0 0