Rasul Rza

Son güncelleme: 22.02.2011 12:44
  • Rasul Rza

    noimage

    RZAYEV RƏSUL İBRAHIM oğlu - şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azər- baycanın Əməkdar incəsənət xadimi (1945).

    1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə tanınmış Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır.

    Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır.

    1924-cü ildə ÜİLKGİ sıralarına daxil olur, Göyçayın ictimai həyatında fəal iştirak edir: dram dərnəyi yaradır, şəhərdə, kəndlərdə tamaşalar verir. Göyçay şəhər kitabxanasında müdir (1924), həmkarlar klubunda gənclər bölməsinin (1925) işləyir, Tbilisidə Zaqafqaziya Kommunist universitetinin kooperasiya şöbəsində təhsil alır (1926-1927).

    Bu dövrdə ilk şerini «QığıIcım» almanaxında çap etdirir. «Dan ulduzu» jurnalında «Oğul qatili», «Arvadbaz», «Dilarə» hekayələri, «Yeni fikir» və «Zarya Vostoka» qəzetlərində bir neçə şeri dərc olunur. 1930-cu ildə Bakıya köçməsi onun yaradıcılığında dönüş yaradır. «Gənc işçi» qəzeti redaksiyasında tərcüməçi kimi işə düzəlir, məqalə, oçerk və şerlərini müntəzəm çap etdirməyə başlayır. «Çapey» adlı ilk şer kitabında olan «Bolşevik yazı» şeri ilə öz yaradıcılıq yolunu elan edir. O, Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirir (1934-1937).

    Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.

    Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.

    1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri onun adını daşıyır.

    Rəsul Rzanın həyat yoldaşı - şairə Nigar Rəfibəyli, Azərbaycanın xalq şairi. Onların oğlu - Anar, 1938-ci ildə anadan olmuş, məhşur yazıçı, dramaturq, scenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

    Mən 1910-cu ildə may ayının 19-da (təzə təqvim hesabilə) anadan olmuşam. Təvəllüd ilim ana babam tərəfindən köhnə bir Quranın son sarı vərəqinə yazılmış, o Quranı babamın xeyrat günü kim isə aparmışdır. Sonra qaytarmamışdır. Belə söyləyirlər ki, Quran gözəl əl xətti ilə yazılıbmış və səhifələrin kənarında bir çox şerlər varmış. Bu şerlər əksəriyyətlə Həzrət Əlinin mədhinə yazılmış şerlərmiş. Mənim ana babam çox mömin bir kişi imiş və İmam Əliyə fanatik bir məhəbbət bəsləyirmiş.

    Təvəllüd ilim Göyçay dəftərxanalarından birində də qeyd olunubmuş. Bunu atam qeyd elətdirmişdi, o, ziyalı idi, rusca təhsil görübmüş. O, mənim xatirəmdə üzərini bir tül örtmüş surət kimi gah görünən, gah da xəfif dumanlara qarışıb itən bir xəyal kimi qalmışdır. Yəqin ki, onun fotoşəkilləri olmasaydı, mən atamın surətini xəyalımda yarada bilməzdim. Mənim kimi onun da göy gözləri varmış, boyu ortadan bir az hündür imiş. Savadlı olduğundan və uzun illər kənddə mirzəlik elədiyindən onun adına bir "mirzə" əlavə edərək Mirzə İbrahim çağırarmışlar. Beş qardaş içərisində öz işgüzarlığı, biliyi, səyi və bacarığı ilə ayrılan İbrahim atasının (Məmməd ağa) zamanına görə varlı bir adam olduğuna baxmayaraq, çətin bir həyat keçirmişdi. O zamankı azərbaycanlı ailələri üçün xarakterik olan bir şəraitə düşmüş, anasının ölümü və atasının yeni arvad alması ilə rahatlıq və səadətini itirmiş, iki qardaşı ilə bərabər öz əlinin zəhməti ilə özünə ruzi qazanmalı olmuşdur. Təhsil və elmə olan böyük həvəslə ağır bir şəraitdə oxumağını davam etdirərək, o zaman geridə qalmış bir qəsəbə şəraitində böyük müvəffəqiyyət sayılan yeddi illik təhsilini bitirmiş, kargüzarlıq və dilmanclıq vəzifəsində çalışmağa başlamışdır.



    [youtube]https://www.youtube.com/watch?v=<object width="640" height="390"><param name="movie" value="http://www.youtube.com/v/Kj_euR7G_5c&hl=en_US&feature=player_embedded&version=3"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowScriptAccess" value="always"></param><embed src="http://www.youtube.com/v/Kj_euR7G_5c&hl=en_US&feature=player_embedded&version=3" type="application/x-shockwave-flash" allowfullscreen="true" allowScriptAccess="always" width="640" height="390"></embed></object>[/youtube]

    Atam açıqfikirli bir adam olmuşdur. O zamankı Göy*çay qəzasında ilk dəfə o, mənim böyük bacımı məktəbə qoymuş və hətta onu təhsilini davam etdirmək üçün 1913-cü ildə Tiflisə göndərmişdir. İkinci bacımı da yeni tipli məktəbdə oxutdurmağa başlamışdır. Bu hərəkətləri və zamana görə proqressiv fikirləri üçün Göyçayın cəhalətpərəstləri və ruhaniləri bizim ailəmizi o zamanın ən dəhşətli sözləri ilə "ba*bı", "bəhayi" adı ilə damğalamışlar.

    Göyçay XX əsrin əvvəllərindən ta birinci cahan müharibəsinə qədər son dərəcədə geri qalmış bir yer idi. Qəsəbədə az-çox əhəmiyyəti olan heç bir sənaye müəssisəsi yoxdu. Çust*çu və başmaqçı kustarları, misgərlər, dəri aşılayanlar, kərpic kəsənlər, çox za*man mövsümə işləyən xarratlar, dülgərlər və bu kimi peşə sahibləri Göyçayda müasir mənada sənaye ocaqları yarada bilməzdilər. Şəhər ticarət və dərzi, baş*maq*çı, misgər, zərgər və bu kimi kustarların təşkil etdiyi xırda burjua təbəqəsinin yaratdığı bir mühit içərisində yaşayırdı. Onuncu ildən sonra şəhərdə bir od dəyirmanı (motorla işləyən dəyirman), bir pam*bıq zavodu tikilmişdi. Ağabəyovlara məxsus olan bu pambıq zavodunda ən çoxu 30-40 fəhlə işləyirdi. Dəyirmanda isə 10-12 nəfərdən artıq çalışmırdı. Bir-iki kustar dəri aşılayan emalatxanada 10-15 nəfər çalışırdı. Bundan başqa şəhərdə bir, ya iki kərpic və kirəmit zavodu vardı ki, burda çalışanların sayı da 20-30 adamdan yuxarı deyildi. Həm də bu müəssisələrin çoxu mövsümdən-mövsümə işləyir, təsadüfi xarakter daşıyırdılar.

    Şəhərdə bağçılıq, meyvəçiliklə məşğul olanlar da az deyildi. Lakin şəhərin əsas profilini müəyyənləşdirən ticarət və kustarlıq idi. Mənim atam Mirzə İbrahim Məmməd ağa oğlu Məmmədxanov (bizim köhnə familiyamız ta qədimdən Məmmədxanovdur. Atam 1915-ci ildə öldüyündən mən gözümü açıb ata hesabı böyük kimi dayımı gördüyümdən onun Rzayev familiyasını götürmüş və sonralar yazıçılığa başladıqda Rəsul Rza imzası ilə yazmağa başlamışam) mirzəliklə bərabər ticarətlə məşğul olmuşdur.

    Bizim əslimiz Həbibinin vətəni məşhur Bərgüşad kəndinin 3-4 kilometrliyindəki Çiyni kəndindəndir. Bu kənd Bərgüşad çayının üstündə Boyat və indiki Kirov kəndlərinin arasında yerləşmişdir.



    Kəndin inqilabdan əvvəlki halını, ordakı məişət tərzini, insanların xarakter və fəaliyyətini təssəvvür etmək istəyənlərə Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" pyesini bir də oxumağı tövsiyə edə bilərəm. Eyni hadisələr, eyni əxlaq və anlaq normaları bu kənddə hakimdi. Bu qədər desəm kifayətdir ki, mənim bibim oğlanlarından biri Bakıda təhsil alırmış.

    Bir yay zamanı tətil vaxtı kəndlərinə gəzməyə gəlir, ikinci gün atasının kənddəki müddəiləri heç bir günahı olmayan bu oğlanı vurub öldürürlər. Bu iki tayfa, iki əmi nəvələri arasındakı müddəilik hətta 1921-22-ci illərə qədər davam edirdi. Buna baxmayaraq, kənddən ziyalılar da çıxmış və bir çox savadlı adamlar Göyçay, Ağdaş, Gəncə və Bakıda təhsil alıb müəllimlik və sairə müxtəlif mədəni işlərlə məşğul olmuşlar.

    Bizim ulu babamız Məmmədxan bu kənddə yaşamış və o zamankı xırda feodallardan biri olmuşdur. Onun təbitən çox sərt, zalım adam olduğu və yalnız başqalarına qarşı deyil, öz ailəsinə, arvad-uşaqlarına qarşı da çox amansız olduğu haqqında kənd qocaları arasında müxtəlif rəvayətlər vardır. Bəlkə də bunlar, əsasən, həqiqət olan faktların ağızdan-ağıza bəzənib inkişaf etmiş şəklidir. (Mən ilk yazıçılıq təcrübəsinə başladığım illərdə yazdığım "Dilarə" hekayəsində bu zalım babamın obrazını vermişəm). Anam Qarabağın Qaradolaq obasındandır. Onun ana tərəfi Qarabağlı, ata tərəfi Cənubi Azərbaycanlıdır. Ana babam təxminən 80-ci illərdən Göyçaya gəlib orda yaşamışdır.

    İlk uşaqlıq dövrümü qayda-qanun sevən və uşaqlarını yeni üsulda tərbiyə etmək istəyən atamın nəzarəti altında keçirmişəm. Lakin mən altı yaşına girəndə atam öldüyündən anamın və sonralar əmimin və nəhayət, gənc dayımın nəzarəti altında qalmışam.

    6 yaşında məktəbə getmişəm. 6-7 yaşlarında evdə böyük bacımın və ərəb əlifbası ilə oxumaq bilən, lakin yazmaq bilməyən anamın oxuduğu bir çox şer və hekayələri əzbər bilirdim.

    Evimizdə ta atam sağlığından azərbaycanca "Molla Nəsrəddin" jurnalı və rusca "Niva", "Probujdenie" jurnalları, o zaman çıxan bir sıra qəzet və jurnallar alınırdı. (Bizim evə "Molla Nəsrəddin" jurnalının gəlməsi də atamı babilikdə təqsirləndirmək üçün ruhani və qaragüruha bir əsas vermişdi).

    İndi fikirləşdikdə, xatirələrimi aradıqda könlümə düşən ilk şer şəfəqlərinin anamdan gəldiyini aydın görürəm.

    Anamın şer təbi varmış. Bunu o zamandan qalma üç şerinin əlyazması təsdiq edir. Anama ancaq oxumaq öyrədib yazmaq öyrətmədiklərindən, o şerlərini əzbərdən deyər, atam yazarmış. Bu şerlərin sayı ona qədər varmış. İndi qalan yalnız üç şerdir. Bu şerlər maarifçilik, elm, mədəniyyətə çağırış xarakteri daşıyır. O zaman Tiflisə oxumağa gedən böyük bacım Kubra üçün anamın yazdığı şer çox xarakterikdir:

    "Qızım, elm oxu, elmsizlik yamandır, Ki olma elmsiz, ay balam, sən amandır. Əgər salsalar boynuna cəhl ipini, Qırıb tulla, qalsa, sənə çox ziyandır".

    Onun hərdən qərib axşam qaranlıqlarında (xüsusilə, mənim yadımda qalan atamın ölümündən sonra) evimizin qabağından axan çayın sularına həmahəng olaraq mızıldadığı şer parçalarının böyük Füzulinin kədər və möhnət dolu sətirləri olduğunu, Natəvanın şerləri olduğunu mən sonradan başa düşdüm.

    O zaman mən bu şerləri dinlədikcə gah anamın balağına qısılıb ağlayar, gah da anama yalvarardım ki, onları təkrar etsin, mən əzbərləyim.

    Görünür ki, bu zamanlar qəlbimdə şerə oyanan hiss get-gedə qüvvətlənmiş və çox tez məndə şer yazmaq həvəsi oyatmışdır.

    Atam sağlığında güzəranımız pis keçməmişdir, lakin atamın ölümündən sonra bir gəlir mənbəyi olmadığından "ehtiyat" get-gedə azalmış və nəhayət, ehtiyac bütün amansızlığı ilə qapılarımızı döyməyə başlamışdır.

    Qapımızdakı yeganə inək ailənin dayağı olan günlər də vardı. Mən o inəyə nifrət edirdim. Mənə elə gəlirdi ki, o inək olmasa, biz, hər halda mən, çox xoşbəxt yaşayardıq. Səbəbi nə idi? Səbəbi bu idi ki, hər gün olmasa da, çox zaman səhər tezdən durub inəyi naxıra qoşmaq vəzifəsi mənim boynuma düşürdü.

    Hər dəfə səhər gün yenicə çırtlamış məni səsləyib oyadanda dünya gözümə bir zindan görünərdi. Günlər, aylar ötürdü. Mən tezdən durmağa öyrənə bilmirdim. Ancaq ən maraqlısı budur ki, səhər güc-bəla durub qızıl inəyi qabağıma qatıb şəhərin şimal tərəfindəki "düzə" çıxanda təmiz hava, yaz vaxtı çiçəklərin qoxusu, quşların civiltisi o qədər mənə təsir edirdi ki, "sabah mütləq özüm duracam" - deyə özümə söz verirdim. Lakin ertəsi gün bütün əhvalat yenidən təkrar olunurdu. Yenə məni çağırırdılar, yenə dünya gözümə dar görünürdü.

    Məktəbdə mən yaxşı oxuyurdum, demək olar ki, bütün dərslərdən əla qiymət alırdım. Sonralar ikinci dərəcəli məktəbdə 6-cı sinifdən riyaziyyat məni yaman sıxışdırdı. Bütün hesab, fizika, həndəsə sahəsindəki elmlərlə barışmaz düşmən oldum. Mənə elə gəlirdi ki, bu elmlər, xüsusilə, cəbr yalnız və yalnız adamın ömrünü zəhərləmək, gen dünyanı mənim başıma dar eləmək üçün düzəldilibdir. Təbiidir ki, sonralar bu elmlərə diqqət vermədiyimə, onları yaxşı öyrənməməyimə çox peşman oldum. Bəlkə də o zaman bu elmlərə məndə həvəs oyadan yaxşı bir müəllim olsaydı, mən indi çox sevdiyim astronomiya sahəsində bir mütəxəssis olardım. 7-8-ci sinifdə bizə riyaziyyat dərsi deyən cavan bir müəllim idi. Mənim riyaziyyata həvəsim olmadığı kimi, onun da tələbəyə təsir edə bilmək qabiliyyəti yox imiş.

    Bu qeydlər sistemsiz və xronoloji cəhətdən nöqsanlı olacaqdır. Yadıma düşən şeyləri qeyd edirəm. Əlli yaşlı bir adamın yaddaşı isə o qədər də etibarlı bir əsas deyil.

    İbtidai təhsilimi Göyçayda birinci dərəcəli məktəbdə almışam. Bu məktəbin binası ortadan birmərtəbəli, hər iki tərəfdən isə ikimərtəbəlidir. Bu məktəb o zamankı şəhər bulvarının yanında idi.



    menbe
#22.02.2011 12:44 0 0 0