Saqi , mədəd et ki , dərdməndəm !
Ğəm silsiləsinə payibəndəm .
Ğəm dəf`inə cami-mey dəvadır ,
Tədbiri - ğəm eyləmək rəvadır .
Səndən nə inayət olsa vaqe ,
Fikr etmə ki , məndə ola zae . Mən bir sədəfəm , sən əbri- niysan ,
Ver qətrəvü al dürri - ğəltan ,
Sənsən xurşudi mən siyəh xak ,
Ver arəşü al cəvahiri-pak .
Rəhm et ki , ğəribü xakisarəm ,
Bimunisü yarü ğəmküsarəm .
Ol bir neçə həmdəmi-müvafiq ,
Yə`ni şüərayi - dövri - sabiq ,
Tədric il gəldilər cəhanə ,
Dövran olari müəzzəm etdi ,
Hər dövr birin mükərrəm etdi .
Hər birinə hami oldu bir şah ,
Zövqi - süxənindən oldu agah.
Türkü ərəbü əcəmdə əyyam ,
Hər şairə vermiş idi bir kam .
Şad etmiş idi Əbunəvası ,
Harun xəlifənin ətası .
Bulmuşdu səfayi - dil Nizami ,
Şirvanşahə düşüb girami .
Olmuşdu Nəvaiyi - süxəndan ,
Mənzuri - şəhənşəhi - Xorasan ,
Söz gövhərinə nəzər salanlar ,
Gəncinə verib gühər alanlar ,
Çün qalmadı , qalmadı fəsahət ,
Ərbabi - fəsahət içrə rahət .
Ol taifə çəkdi xirqəyə baş ,
Halətlərin etməz oldular faş .
Ta olmaya rəsmi-şe`r məfdud ,
Əbvabi-fünuni-nəzm məsdud ,
Lazım mənə oldu hifzi-qanun ,
Naçar , tutub təriqi - namus ,
Rahətdən olub müdam mə`yus,
Əhdi sözə istivar qıldım ,
Əş`ar demək şüar qıldım .
Çün xəlqə xilafi - müddəayəm ,
Onlar zə`mincə süst rə`yəm .
Hər söz ki , gəlir zühurə məndən ,
Min tə`nə bulur hər əncüməndən .
Eylər həsəd əhli baglayib kin ,
Təhsin əvəzinə nəfyü nifrin .
Ummid ki , rəf olub küdurət ,
Təğyirpəzir ola bu surət .
Ol qövm bu gülşənə girəndə ,
Bu gülşən içində gül dərəndə
Gül tazə idivü səbzə növxiz ,
Tərpəndikcə nəsimi - gülriz
Onlar gülü dərdilər , məni-zar
Hala dilərəm dərəm xəsü xar .
Bu bəzmə olar verəndə təzyin
Mey saf idi , bəzm həm növayin .
Mey safi olara oldu ruzi ,
Qaldi mənə daği-dürd suzi .
Bu dürdə mən olmuşam həvaxah ,
Bir nəş`ə verərmi , bilməzəm , ah !