Tarixde Bugün - 22 Fevral

Son güncelleme: 22.02.2011 16:48
  • 22 fevral. İlin sonuna 312 gün qalır.

    1512. Florensiyalı dəniz səyyahı Ameriqo Vespuççi vəfat edib

    1671. Alman diplomatı və səyyah Adam Oleari vəfat edib. O, səfər qeydlərində Bakıdakı neft quyuları və Dədə Qorqud qəhrəmanlarının qəbirləri ilə bağlı məlumatlar verib

    1788. Alman filosof Artur Şopenhauer anadan olub

    1810. Polyak əsilli bəstəkar Frederix Şopen anadan olub. Bəzi mənbələr onun doğum tarixini 2 mart kimi göstərir

    1819. İspanlar Floridanı ABŞ-a 5 milyon dollara satıb

    1848. Parisdə "İyul Monarxiyasına" qarşı çıxışlar başlayıb

    1869. Cəlil Məmmədquluzadə anadan olub

    1922. Azərbaycanın SSR-in xarici işlər naziri (1944-1958) Mahmud Əliyev anadan olub

    1974. Pakistan özünün keçmiş əyaləti olan Banqladeşin müstəqilliyini tanıyıb

    1988. Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetirib

    1998. Azərbaycan Respublikası Prezidenti "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalayıb.
#22.02.2011 16:48 0 0 0