İnsident baş vermiş hərbi birləşmənin komandiri vəzifəsindən çıxarıldı

Son güncelleme: 22.02.2011 16:52
  • noimage

    Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin olunub

    Bu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə fevralın 20-də Azərbaycan Silahlı Qüvvələrinin insident baş vermiş hərbi birləşməsinin komandiri Çingiz Şəfiyev vəzifəsindən azad olunub. APA-nın xəbərinə görə, onun hərbi rütbəsi bir pillə aşağı endirilib.


    Ç. Şəfiyevin yerinə hərbi birləşmənin komandiri vəzifəsinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin olunub.

    Qaynaq: Lent.az
#22.02.2011 16:52 0 0 0