Sən ürəyimdəsən, dilimdə deyil,
Səndən qeyri kimsə dilimdə deyil,
Səni unutmaqsa əlimde deyil,
Eşqimin günəşi batmayır, gülüm.
Cansız axı necə yaşayar bədən,
Məhəbbət ummadım digər kimsədən,
Nə imiş günahım bilmirəm nədən,
Əllərim əlinə çatmayır gülüm.
Sevdalı günlərim eşqə müntəzir,
Həsrət məni əzir, dərd məni əzir,
Gündüzlər gözlərim hey səni gəzir,
Gecələr həsrətdən yatmayır, gülüm.
Güzel Arkadaşlarım...Canlarım...Cok -Cok Teşekkürler Her Birinize Ayrı-Ayrılıklda Saolun deyrem...Var Olun..İyiki Varsınız...Allah Her Birinizden Razı Olsun...Sonsuz Teşekkürlerimi Kabul Edin...Beyendiyinizle Beni Mutlu Etdiniz...Bi Daha saolun...