"Best model of Azerbaijan-2010" müsabiqəsinin qalibi Azər Ağakişiyev Türkiyədə yaşayan həmkarı model Günay Musayevaya evlənmə təklifi edib.
Lent. az-a daxil olan xəbəri Azər Ağakişiyev təsdiqləyib: "Günayla ötən ilin dekabrında müsabiqədə tanış oldum. Hər ikimiz "Best model of the World-2010" yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazandıq. İşimiz, dünyaya baxışımız demək olar ki eynidir. Düşünürəm ki, o mənim doğru seçimimdir".
Sevgilisi olduğunu mətbuata açıqlamaqdan çəkinməyən Günay Musayeva isə Azər Ağakişiyevin açıqlamalarına maraqlı münasibət bildirib: "Kişilər fərqlidir. Evlənmək üçün kişilər ayrıdır, sevmək üçün ayrı. Azər məhz ailə qurulacaq insandır. Həyatda hər şey ola bilər..."