Şeker xestələri üçün 10 məsləhət

Son güncelleme: 02.03.2011 22:03
  • Şeker xestələri üçün 10 məsləhət

    noimage

    Bu məsləhətlərə əməl etməkdə fayda var

    1. İldə bir dəfə gözünüzü həkim müayinəsindən keçirin. Göz həkiminizə şəkər xəstəsi olduğunuzu mütləq deyin.
    2. Hər 6 aydan bir diş həkiminə müraciət edin. Xüsusilə diş ətlərinin iltihabına şəkər xəstələrində tez-tez rast gəlinir.
    3. Hər gün ayaqlarınızı ilıq suda sabunla yuyun və arxadan önə doğru qurulayın.
    4. Dərinizin quruması baş verə bilər. Elə buna görə də dərinizə nəmləndirici krem çəkin. Ayaq barmaqlarınızın arasına krem sürtməyin.
    5. Yayda da mütləq corab geyinin, ayağı açıq gəzməyin. Geyindiyiniz corablar isə mütləq pambıq olmalıdır. Ayaqlarınızı sıxıb, iz qoymamalıdır. Ayaqlarınız rahat olmalıdır. Ayaq dırnaqlarınızı düz şəkildə kəsin.
    6. Siqaret çəkməyin. Şəkər xəstələri siqaret çəkdikdə ayaq damarlarında tıxanma, ürəkdə sıxılma baş verir.
    7. Təzyiqinizi tez-tez ölçün. Təzyiq 130/80 mmHg-dən çox olmamalıdır.
    8. Stresdən uzaq durun. Stres, sıxıntı qanda şəkərin miqdarın artırır.
    9. Şəkər ölçmə cihazı alaraq öz şəkərinizi ölçməyi öyrənin və ona nəzarət edin.
    10. Hər gün və ya həftədə 3 dəfə 20-30 dəqiqə piyada gəzin
    __________________
#02.03.2011 21:56 0 0 0
  • Şəkər xəstələri üçün pəhriz necə olmalıdır?

    Ac qalmaq məsləhət görülmür.
    Pəhriz şəkər xəstəliyinin müalicəsində ən vacib məsələlərdən biridir. Əvvəllər klassik şəkər pəhrizi adı altında xəstə demək olar ki, ac qalırdı. İndiki nəzəriyyəyə görə isə bu yolverilməzdir. Şəkər xəstələri də hər bir sağlam insan kimi, səhər yeməyi də daxil olmaqla gündə 3 əsas yemək, 2-3 dəfə də ara yeməklər yeməlidirlər. Bunun üçün bol miqdarda təzə meyvə və tərəvəz də daxil olmaqla yağsız ət (xüsusilə toyuq, balıq) və yağlılıq dərəcəsi aşağı olan qidalar qəbul etməyə üstünlük verin.
    - Yağlılıq dərəcəsi az olan süd için.
    - Həftədə 3-4 ədəd yumurta yeyin.
    - Kartof da daxil olmaqla hər cür qızartmadan, kremli şirniyyatlardan uzaq durun.
    - Yeməklərdə zeytun, günəbaxan, qarğıdalı yağlarından istifadə edin.
#02.03.2011 22:03 0 0 0