Bu dəfə sizə,idmançıların, xüsusən də futbolçuların niyə birdən birə sahənin ortasında öldüklərindən danışacam. Daha doğrusunu desəm, bu dəfə sizə buna ən çox səbəb olan xəstəlik haqqında danışacam.
Belə xəstəliklər bir neçədir. Amma aralarında ən çox görülən Herediter Obstruktif Kardiomiyopatiya və ya idiopatik Subaortik Stenoz adlandırlır. Adı bir az qəliz görünə bilər. Amma qısacası deyim ki: Kardio-ürək, Miyo-əzələ, Pathos-xəstəlik deməkdir.
Bu xəstəlik genetik və irsi xəstəlikdir. Autosomal dominantdir. Yəni, əgər atada və ya anadan birində bu xəstəlik varsa uşaqlar mütləq xəstə doğulur. Bu xəstəlik ürək əzələsinin əsas iş vahidi olan miyozin liflərini kodlayan gendə baş verən mutasiya nəticəsində ortaya çıxır. Nəticədə ürək əzələsi normal fəaliyətdən məhrum olur.
Üstəgəl bu xəstələrdə ürəyin iki mədəciyini ayıran arakəsmədə qalinlaşmaya səbəb olur ki, bu da əsas damar olan aortanın çıxış yerini daraldır.
Nə yazıq ki, bu xəstəlik zamanı ilk semptom elə ani ölüm olur. Niyə görə məhz idmançılar? Çünki fiziki aktivlik zamanı əgər idmançı tempini azaldarsa, o zaman periferiyadakı damarlar birdən birə genişləyir və bu zaman ürəyə gələn qan kəskin miqdarda azalır. Bir tərəfdən də fizik aktivlik zamanı qanda adrenalinin miqdarı yüksəlir və bu da ürəyin tez tez döyünməsinə səbəb olur. Bu isə ürəyin qanla dolmasını azaldır. Axı bunlarda həm də arakəsmə qalınlaşmışdı. Bu iki faktor nəticəsində beyinə gedən qan o qədər azalır ki, bu da idmançıların anidən yıxılmasına səbəb olur. Əgər həmin anda yanında bir həkim olsa və söhbətin nədən getdiyini bilsə bəlkə də onun həyatını xilas edə bilər. Yox əgər müdaxilə yoxdursa o zaman idmançı qısa müddətdə ölür. 5-10 dəqiqəyə hardasa.
Bəs, uşaqlıqda və ya idmançı olmayanlarda bu xəstəlik özünü büruzə vermirmi? Biruzə verir əlbəttə. Biz buna fizik aktiflik intoleransı deyirik. Yəni ki, bir az idman eləyən kimi və ya tez tez yeriyənden sonra, başgicəllənmə, ürəkbulanma, gözlərin qaralması, gözlərin qabağında qara nöqtələr və s.əmələ gəlir.
Sonda sizə, bu xəbərin sizin üçün faydalı olması məqsədiylə iki şey bildirmək istiyirəm. Birincisi, uşağınızı gələcəkdə idman kurslarına yazdırmazdan qabaq, və ya özünüz idmana başlamamışdan qabaq mütləq tibbi müayinədən keçin.
İkincisi isə, əgər qohumlarınızda, anidən ölən biri varsa, mütləq siz də müayinədən keçin