"""""""""""""""""""""""""""""""""""""""""""""""""" """""""""""""""""""""""""""""""""""""""""""""""""" "
"""""""""""""""""""""""""""""""""""""""""""""""""" """""""""""""""""""""""""""""""""""""""""""""""""" "
Evin tavanı tozludursa və ya ev köhnə xalı ilə döşənibsə, burada bakteriyalar inkişaf edib çoxalır. Köhnə oyuncaqlar da ciddi dəri problemlərinə səbəb olur, göz və burunda qıcıqlanma yaradır, astma xəstəliyi əmələ gətirir.
Yataq otağı
Tozla inkişaf edib artan bakteriyalar döşəmə və yataqda yaşayır. Döşəmələrdəki kimyəvi qarışıqlar eyni zamanda xəstəlik meydana gətirir.
Heyvanları yataqdan və yataq otağından uzaq tutmaq lazımdır. Pişiklərin tükləri divarlara və parçalara asanlıqla yapışır. Bu isə allergiyaya səbəb olur.
Uşaqlar üçün otaq
Uşaqlar allergiyaya qarşı son dərəcə həssasdırlar. Oyucaq heyvanlar bəzi bakteriyaların çoxalması üçün ən uyğun şərait yaradır. Bu baxımdan plastik və tüklü oyuncaqlar dermatoloji problemlərə səbəb olur. Buna görə də yatağı və evdəki əşyaları həmişə təmiz saxlamaq lazımdır. Döşəklər vaxtaşırı yuyulmalıdır.
Qonaq otağı
Hər gün xalça-palazların müntəzəm bir şəkildə süpürülüb təmizlənməsi allergiyaya səbəb olan bakteriyaların inkişafının qarşısını alır. Əsasən də, yayda pəncərələri sabunlu su ilə silmək lazımdır. Digər tərəfdən, mebelləri otağa qoymazdan əvvəl açıq havada saxlamaq məsləhətdir.
Hamam və mətbəx
Yuyucu tozlar və digər təmizləyicilərlə işlədikdə mütləq əlcək geyinin. Hər həftə divar və kafelləri yuyun. Bakteriya və həşəratların əmələ gəlməməsi üçün mətbəxdəki zibil qutularını, istifadə etdiyiniz mətbəx əşyalarını təmiz saxlayın. Bir sözlə, istər evdə olsun, istər işdə, həmişə təmizliyə əməl edin. Çünki təmizlik sağlamlıqdır.