NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ" - "Bakı" oyununda qalib müəyyənləşməyib. Maraqlı idman mübarizəsində keçən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Qarşılaşmanı şərh edən "Bakı" klubunun baş məşqçisi Aleksandrs Starkov zəyif oyun nümayiş etdirdiklərini etiraf edib: "Kubok iki oyundan ibarətdir. Bugünkü oyunda yaxşı oynamadıq, rəqibimizin daha çox qol imkanı oldu. Qalib cavab oyununda müəyyən olunacaq".
"Qəbələ" klubunun baş məşqçisi Toni Adams isə kolleqasından fərqli fikirlər söyləyib: "Komandam yaxşı oynadı, gözəl oyun göstərdik. Bir neçə qol imkanı yaratsaq da, bunlardan istifadə edə bilmədik. Qələbə qazana bilərdik. "Bakı" əvvəlkindən daha yaxşı oynayır. Artıq cavab oyunu haqda fikirləşəcəyik".