Hüsnü Mübarək rüşvətxorluqda ittiham olunur

Son güncelleme: 03.03.2011 18:20
  • Hüsnü Mübarək rüşvətxorluqda ittiham olunur

    noimage

    Məhkəmə Mübarək ailəsinin bank hesabları ilə bağlı araşdırmalara başlayıb

    Barəsində ölkəni tərk etməmək məhkəmə qərarı çıxarılan Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə rüşvətxorluqla bağlı ittiham da irəli sürülüb. CNNTürkün yaydığı məlumata görə, Mübarək gələn həftə ifadə verəcək. Bu barədə mətbuata Mübarək haqqında iddia irəli sürən misirli keçmiş millət vəkili açıqlama verib. Mustafa Bəkrinin sözlərinə görə, məhkəmə Mübarək ailəsinin bank hesabları ilə bağlı araşdırmaya başlayıb. Onun sözlərinə görə, Mübarək ailəsinin gizli hesablarında 147 milyon dollar var.

    Hüsnü Mübarək və ailəsi bu ittihamları rədd edir.
#03.03.2011 18:20 0 0 0