Misir Mərdanov pul yığılmasına bəraət qazandırdı...
"Kimin ürəyində müəllimi təbrik etmək arzusu varsa, təbrik etsin. Biz bunun qabağını kəsə bilmərik. Amma bu, alverə çevrilməməli, müəllim və məktəbi nüfuzdan salmamalıdır".
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov 8 Mart qadınlar günü münasibəti ilə orta məktəblərdə şagirdlərdən pul yığılması barədə verilən məlumatlara münasibət bildirərkən deyib.
Nazir onu da deyib ki, orta məktəblərdə bu ilin əvvəlindən keçirilməyə başlanan sınaq imtahanlarının nəticələri çox aşağıdır: "Bu nəticələrlə öyünmək olmaz. Səbəbləri də bizə bəllidir. Biz onları aradan qaldırmalıyıq".
***
Onda biz də deyirik: Hörmətli məmurlar! Kim jurnalistlərin peşə bayramını, tənqidi yazısını, ad gününü və s. "qeyd etmək" istəyirsə, buyursun, bunun qabağını kimsə kəsə bilməz... Yəni müəllimlərə olar, jurnalistlərə yox?!