Saç hər bir xanımın bəzəyidir

Son güncelleme: 12.04.2011 19:32
  • Saç hər bir xanımın bəzəyidir

    noimage

    Saçların gözəlliyi, sağlamlığı və parlaqlığını qorumaq üçün nə etmək lazımdır

    Qış saçlar üçün təhlükəli fəsildir. Vitamin çatışmamazlığı, temperaturun kəskin dəyişməsi, ev və ofisdə havanın quruluğu saçları, tezqırılan, sönük, solğun edir. Saçların gözəl və sağlam qalması üçün onları qidalandırmaq lazımdır.
    Gündə yemək rasionuna yağsız ət, yumurta, yağsız yoqurt, toyuq, dəniz məhsulları, gül kələmi, bitki yağı, tum, çoxlu meyvə və tərəvəzlər daxil edilməlidir. Saçlar üçün əsas vitaminlər A, C və E sayılır. Saçların tökülməməsi üçün sink lazımdır, o da ət, balıq, kök, noxud, qozda var. Saçların solğun və həssas olmaması üçün kalsium çox önəmlidir. Kalsium süd məhsullarında, şor, əncir, üzümdə var.
    Əgər saçınızın gözəl, sağlam olmağını istəyirsinizsə, papaqdan imtina etməyin. Bundan əlavə qışda həftədə 1-2 dəfə saç üçün nəmləndirici maskalar etmək lazımdır. C vitamini ilə zəngin olan limon saçlara həm parıltı, həm də möhkəmlik verir. Onun bir neçə damcısını şampuna və ya kondisionerə əlavə etmək olar. Saçlarınızı qoruyun
#10.03.2011 04:52 0 0 0
  • ah ah saçlarım elə zəifləyib ki bilmirəm nə edim ki güclənsin..məlumat üçün təşəkkürr
#12.04.2011 19:06 0 0 0
  • Sagol canım...Aytenn..saçların için menle elaqe saxla...kömek ederem..
#12.04.2011 19:32 0 0 0