Rusiya rəsmisi nədən İrana qarşı savaşdan danışıb

Son güncelleme: 11.03.2011 05:02
  • noimage

    Misir və Tunisdə hakimiyyət dəyişikliyi dinc yolla baş versə də, Liviyada hələ də qan tökülür.

    Dəyişiklik dalğasının bütün diktatura rejimlərini əhatə edəcəyi də istisna edilmir. Bu baxımdan İrandakı hakimiyyətin də dəyişməsi gözlənilənlərdəndir.

    İslam Respublikasının yaxın müttəfiqi sayılan Rusiya da artıq İrana qarşı hərbi müdaxilədən söhbət açırlar. "Regnum"un məlumatına əsasən, Rusiya təhlükəsizlik şurasının katibi Vladimir Nazarov İranda vəziyyətin qarışacağı ehtimalından, özəlliklə müharibənin olacağından danışıb.

    "Strateji qlobal proqnozlar - 2030" adlı konfransda iştirak V.Nazarov deyib ki, həmin hesabatda İran ətrafında yaranmış təhlükə nəzərə alınmayıb: "Bölgədə baş verənlərin fonunda mən İranla savaşın başlayacağı ehtimalını böyük olduğu qənaətindəyəm".

    Bu, Kreml təmsilçisinin mümkün müharibə ilə bağlı ilk açıqlamasıdır. Vladimir Nazirovun dediklərini Rusiyanın İrana silah satmaq istəyi ilə də əlaqələndirmək olar. Belə ki, İslam Respublikasına qarşı hərbi müdaxilə təhlükəsi gerçəkləşir iddiası ilə çıxış edən ruslar dolayı yolla Tehrana silah almağı təklif edirlər.


    Bu günlərdə Rusiyanın Müdafiə Nazirliyinin rəsmiləri bildirmişdilər ki, BMT-nin Tehrana bir sıra silah növlərinin satışına dair qadağasına baxmayaraq, İrana silah satışları mümkündür. Federal hərbi-texniki əməkdaşlıq şurasının direktoru Mixail Dmitriyev deyib ki, BMT-nin qadağasının geniş sahəni əhatə etməsinə baxmayaraq, bir sıra başqa imkanlar var. Onun sözlərinə görə, məsələ iki ölkə arasında müzakirə olunur. Bu baxımdan Kreml İran kimi silah bazarına yenidən girmək üçün özünə və Tehrana əsas verməyə çalışır.

    Sədrəddin Soltan

    Qaynaq: Lent.az
#11.03.2011 05:02 0 0 0