Tarixde Bugün - 22 Mart

Son güncelleme:
  • 22 Mart. İlin sonuna 284 gün qalır.

    1772. İngiltərədə köləlik qanunla qadağan edilib

    1832. Alman şair Höte vəfat edib

    1841. ABŞ-da nişasta istehsalı patentləşdirilib

    1854. Böyük maarifpərvər Məhəmməd Tağı Sidqi anadan olub

    1873. M.F.Axundovun "Hacı Qara" komediyasının ilk tamaşası keçirilib

    1882. ABŞ-da çoxarvadlılıq qadağan edilib

    1909. Yazıçı Mehdi Hüseyn anadan olub

    1913. Aktyor Əliağa Ağayev anadan olub

    1914. Aktyor Lütfəli Abdullayev anadan olub

    1919. Yazıçı İsmayıl Şıxlı anadan olub

    1920. Ermənilər gecə saat 3-də eyni zamanda Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtər hücuma keçib. Azərbaycan ordusu düşməni bir-neçə gün sonra geri orurda bilibn

    1930. Respublikada ilk MTS (Maşın traktor stansiyası) Bərdədə təşkil edilib

    1933. Müğənni Rübabə Muradova anadan olub

    1945. Qahirədə Ərəb Dövlətləri Liqası təşkil edilib

    1956. Milli qəhrəman Əsəd Əsədov anadan olub

    1967. "Daewoo" şirkəti qurulub

    1968. "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov anadan olub

    1972. ABŞ konstitusiyasına edilən dəyişikliklə bütün növ cinsi ayrı seçkilik qadağan edilib

    1986. Papaya sui-qəsddə təqsirli bilinən Mehmet Ali Ağca İtaliyada ömürlük həbsə məhkum edilib

    1992. Ermənilərin Qazaxda "UAZ" markalı avtomobili partlatması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb

    1993. Dünyada ilk dəfə "Beynəlxalq su günü" qeyd edilib

    1999. Prezident Heydər Əliyev "Aqrar sahədə islahatların sürətləndirilməsi haqqında" fərman verib

    2004. Azərbaycan Respublikası Ekvador, Somali və Kabo Verde ilə diplomatik əlaqələr qurub ilə diplomatik əlaqələr qurub

    2004. HƏMAS lideri Şeyx Əhməd Yasin qətlə yetirilib
0 0 0