Emine Yusüfqızı İnan Allaha

Son güncelleme: 23.03.2011 20:06
  • Emine Yusüfqızı ,,,İnan Allaha,,,

    noimage

    Nə qədər ALLAHa eyləsən şükür,
    O qədər taledən razı qalarsan.
    Yaxşını ucaldır, nankoru bükür,
    ALLAHa inansan xoşbəxt olarsan.

    Sənə insan deyib, insan tək olmaq,
    Təmbəllik, rəzillik eyləmə heç vaxt.
    Öyrən oruc tutmaq, həm Namaz qılmaq,
    Axtarma yüksəkdə oturmağa taxt.

    İnamla get ona sən, addım-addım,
    Qəlbində məhəbbət, sevinc oyansın.
    O kamil insan ki, yaşasın adın,
    Alovun, atəşin qəlblərdə yansın.

    Qaldır sən başını bax səmalara,
    Ordan günəş baxır, ulduz-ay baxır.
    Ey sevimli insan, inan ALLAHa,
    Onun qüdrətindən yerə nur axır.

    ******************************************
    --------------------------------------------------------------
#23.03.2011 20:06 0 0 0