Sair Sucaet

Son güncelleme: 24.03.2011 00:38
  • Sair Sucaet

    ___________________________

    HEYATDI BU !

    Məni qınamasın qəmli görənlər,

    Yansa daş da olar kül,həyatdı bu.

    Daxili büs-bütün zər zibilliyi,

    Xarici bir dəstə gül,həyatdı bu.

    Kim haqq deyib baş vurubsa dərinə,

    Böhtan tapıb ədalətin yerinə.

    Əxlaqsız qadın tək bu gün birinə,

    Sabah başqasına qul,həyatdı bu.

    Acı həqiqətlər...şirin yalanlar...

    Sussun düz danışıb hay-küy salanlar.

    Düşməni-əlləri qabar olanlar,

    Dostu-qalaq-qalaq pul həyatdı bu.

    Heç nəyi həyatda əbədi bilmə,

    Özündən gücsüzün üstünə gəlmə.

    Yazığın dərdinə-qəminə gülmə,

    Səni də sındırar,bil,həyatdı bu.

    Öz növbəndə kef sazını çalarsan,

    Vaxt olar ki,yarpaq kimi solarsan.

    Bəxtin yatsa,yerlə yeksan olarsan,

    Dövlətə bağlama bel,həyatdı bu.

    Ağırlığı ürəklərdə daşınan,

    Ümidlərlə,bəlkələrlə yaşanan.

    Ağıllardan,inamlardan boşanan,

    Qaş-gözü sürməli dul həyatdı bu.

    Sücaət,döz kədər səni sıxanda,

    Ürəyini yandıranda,yaxanda.

    Göz yaşın qəlbindən axsın,axanda,

    Düşmən qabağında gül,HƏYATDI BU !

    ____________________________________
#24.03.2011 00:35 0 0 0
  • Utanmir

    _____________________________

    fƏlƏk namƏrdlƏrİ saĞ Əllİ tutur,

    mƏrdƏ tƏlƏ qurur, yixir, utanmir.

    HƏr kİm ƏyİlmİrsƏ Şana-ŞöhrƏtƏ,
    salir mƏngƏnƏyƏ sixir, utanmir.

    Arin gİrov qoyub,namusun satan,

    ŞƏr-böhtan gƏzdİrİb,qan-tƏrƏ batan.

    Gözümün önündƏ mƏnlİyİn satan,

    gözümün İçİnƏ baxir, utanmir.

    O vİcdansiz qoy gİzlƏsİn sƏsİnİ,

    çox görmüŞƏm "xeyr"-İnİ,"hƏ"-sİnİ.

    YaziĞin,yoxsulun son tİkƏsİnİ,

    alib öz aĞzina soxur, utanmir.

    İnsan yaranmisan,adin var İnsan,

    bacar dardan qurtar,qurma dar, İnsan.

    Yuva daĞitdiĞin fİtnƏkar İnsan,

    yazib papaĞina taxir, utanmir.

    SücaƏtƏm,fİkİr mƏnİ yorubdu,

    haqsiz İŞlƏr,qanimi da sorubdu.

    MƏnİm qanadimi allah qiribdi,

    düŞmƏn öz adina çixir utanmir.

    _____________________________________
#24.03.2011 00:38 0 0 0