Azerbaycanın Önemli Shexsiyetleri

Son güncelleme: 24.03.2011 18:11
  • Azerbaycanın Önemli Shexsiyetleri

    noimage..QACAR Xurşid (1894, Naxçıvan-1963) - Azərb. opera müğənnisi. Azərb. Resp. əməkdar incəsənət xadimi. Vokal təhsilini Moskva Konservatoriyasında almışdır. Təhsilini bitirdikdən sonra Moskvada xalq Maarif Komissarlığının incəsənət şöbəsində işləmiş, Moskva estrada ansamblının solisti olmuşdur. 1924-34 illərdə Azərb. Opera və Balet Teatrında fəaliyyət göstərmiş, Gülzar ("Şah İsmayıl", M. Maqomayev), Xurşidbanu, Gülçöhrə və Asya, Gülnaz ("Şah Abbas və Xurşidbanu", Arşın mal alan", "O olmasın, bu olsun", Ü. Hacıbəyli), Mikaela ("Karmen", J. Bize) və s. partiyalarda çıxış etrnişdir. 1934 ildən "Azərnəşr"də özünün təşəbbüsü ilə yaratdığı musiqi nəşriyyatının müdiri işləmiş, eyni zamanda 1935 ildə Azərb. Opera və Balet Teatrı nəzdində studiya yaratmış, tələbələrin ifasında "Demon" (A. Rubinşteyn), "Çar gəlini" (N. Rimski-Korsakov) operalarını tamaşaya hazırlamışdır. Dügah, Rast, Segah-Zabul muğamlarının nota alınmasında xidməti var.
#24.03.2011 17:35 0 0 0
  • noimage..QACAR Sürəyya Sədrəddin qızı (1.5.1910, Şuşa - 1992) - Azərb. müğənnisi. Azərb. Resp. xalq artisti (1954). 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdir. 1927-39 illərdə Azərb. Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940 ildən Azərb. Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdir. Repertuarında Azərb. xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdur. 2 "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
#24.03.2011 17:37 0 0 0
  • noimage..QASIMOVA Fidan Əkrəm qızı (d. 17.6.1947, Bakı) - Azərb. müğənnisi. Azərb. Resp. xalq artisti (1982), SSRİ xalq artisti (1988). Azərb. Resp. Dövlət mükafatı laureatı (1984). Azərb. Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirmişdir. İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti ad. müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərb. qadın müğənnidir. 1974 ildən Azərb. Opera və Balet Teatrının solistidir. Partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize), Marqarita ("Faust", Ş.Quno), Mimi, Çio-Çio-san ("Bohema", "Çio-Çio-san", C.Puççini), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Sevil ("Sevil", F.Əmirov) və s. Repertuarına Azərb. (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərb. xalq mahnıları ("Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" ve s.) daxildir. 1974 ildən Azərb. Dövlət Konservatoriyasında dərs deyir (1990 ildən prof."). 1992 ildən istanbul Dövlət Un-ti Konservatoriyasının prof.-dur. Xarici ölkələrdə (Çexoslovakiya, Almaniya, Danimarka, Portuqaliya, Belçika, Rumıniya, Hollandiya, Türkiyə və s.) qastrolda olmuşdur. Kinoda çəkilmişdir ("Torpaq. Dəniz. Od. Səma"). Azərb.-ın Şöhrət ordeni ilə təltif edilmişdir.
#24.03.2011 17:38 0 0 0
  • noimage..QASIMOVA Xuraman Əkrəm qızı (d.6.6.1951, Bakı) - Azərb. müğənnisi. Azərb. Resp. xalq artisti (1986). Azərb. Dövlət mükafatı laureatı (1984). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1975). 1976 ildən Azərb. Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I-ci mükafat), vokalistlərin M.Qlinka ad. 7-ci Ümumittifaq müsabiqəsinin (1977) və Mariya Kallas ad. Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982 ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993 ildən solo oxumaq kafedrasının müdiri, 1996 ildən prof.). 1994 ildən İstanbul Dövlət Un-ti konservatoriyasının prof.-dur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
#24.03.2011 17:39 0 0 0
  • noimage..QAYIBOVA Xədicə Osman qızı (24.5.1893, Tiflis - 1938) - ilk azərb. pianoçu qadınlardan biri. Tiflisdə "Müqəddəs Nina" qız məktəbində oxumuş, fortepiano üzrə xüsusi kurs keçmişdir (1901-11). 1919 ildən Bakıda yaşamışdır. Azərb.-da musiqi təhsili sisteminin yaradılmasında iştirak etmişdir. 1920 ilin iyununda onun təşəbbüsü və rəhbərliyi ilə Bakıda "Qısa müddətli Şərq musiqisi kursları" ("Şərq konservatoriyası" da adlanırdı) açılmışdı. Fortepianoda muğamların ilk ifaçılarından biri kimi məşhurlaşmışdı. Repertuarına Qərb və rus bəstəkarlarının əsərləri də daxil idi. Şəxsiyyətə pərəstiş dövrünün qurbanı olmuş, 1938 ilin oktyabr ayında Bakıda güllələnmişdir. Sonralar bəraət almışdır.
#24.03.2011 17:41 0 0 0
  • noimage..QƏDRİ Fatma Qədir qızı (14.4.1907, Odessa - 29.2.1968, Bakı) - Azərb. aktrisası. Azərb. Resp. xalq artisti (1943). Bakı Teatr Texnikumunu və Azərb. Pedaqoji İn-tunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1927 ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932-35 illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935 ildən Azərb. Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov). 1933 ildən pedaqoji fəaliyyət göstərmişdir.
#24.03.2011 17:42 0 0 0
  • noimage..QƏMƏR Bəyim Şeyda (1881, Şuşa - 1933, Bakı) - Azərb. şairi, dramaturq. Cəfərqulu xan Nəvanın nəvəsidir. Şuşa qız gimnaziyasını bitirmişdir. Gənc yaşlarından şerə həvəs göstərən Qəmər Bəyimə "Şeyda" təxəllüsünü onun şerlərinə valeh olan X.Natəvan vermişdir. Ədəbi irsi hələlik əldə olunmamışdır. Yalnız Ziba xanım Ləlinin eyni rədifli şerinə cavab olaraq yazdığı "Ağan canı" rədifli qəzəli və "Zülmün daşqını" adlı pyesi (1918, əlyazması Azərb. EA Əlyazmalar İn-tunda saxlanılır) məlumdur.
#24.03.2011 17:43 0 0 0
  • noimage..QONÇABƏYİM, Qönçəbəyim (təqr. 1827, Naxçıvan -?) - Azərb. şairi. "Naxçıvanın sonuncu xan"ı olan Ehsan xanın qızıdır. 1837 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rus və fars dillərini öyrənmiş, Şərq əd-tına maraq göstərmişdir. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olmuşdur. "Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi N.Barataşvili Naxçıvanda ikən onunla görüşmüş (1845), yaradıcılığı ilə maraqlanmış, ona şer həsr etmiş ("Qoncabəyimin nəğməsi"), bir şerini gürcü əlifbası ilə göçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. O, həmin şerin məclislərdə oxunması üçün xanəndə Səttara və şəkili Cəfərə verilməsini məsləhət görmüşdü. İ.K.Yenikolopovun yazdığına görə, Barataşvilinin ondan tərcümə etdiyi bir şeri xanəndə Səttar gürcü dilində ifa edirmiş.
#24.03.2011 17:49 0 0 0
  • noimage..QULİYEVA İlhamə Məzahir qızı (d. 17.8.1943, Bakı) -Azərb. Resp. xalq artisti (1998). Azərb. Dövlət Un-tini bitirmişdir (1969). 1965-70 illərdə Azərb. Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-80 illərdə Azərb. Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980 ildən Azərb. Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərb. və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
#24.03.2011 17:54 0 0 0
  • noimage..QULİYEVA Qəndab Həbib qızı (d. 10.8.1949, Füzuli ş.) - Azərb. müğənnisi. Azərb. Resp. xalq artisti (1992). A.Zeynallı ad. Bakı Musiqi Məktəbini bitirmişdir (1980). 1982 ildən Azərb. Opera və Balet Teatrının solistidir. Partiyaları: Leyli, Əsli, ("Leyli və Məcnun", "Əsli və Kərəm"; Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M. Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli), Xanəndə qız ("Vaqif", R.Mustafayev), Gülbahar ("Gəlin qayası", Ş.Axundova) və s. Repertuarında muğamlar (Şahnaz, Cahargah, Bayatı-Şiraz, Qarabağ şikəstəsi, Mahur-hindi, Heyratı və s.), xalq mahnıları ("Apardı sellər Saranı", "Qaçaq Nəbi", "Gül açdı", "Bağçada güllər", "Əlində sazın qurbanı", "Qara xal yar") və Azərb. bəstəkarlarının mahnıları geniş yer tutur. Xarici ölkələrdə (Yaponiya, Almaniya, Finlandiya, Avstraliya, İsveç, Kanada, Əfqanıstan, Tunis, Əlcəzair, İraq və s.) çıxış etmişdir.
#24.03.2011 17:58 0 0 0
  • noimage..QURBANOVA Solmaz Cəbrayıl qızı (d. 13.11.1939, Bakı) - Azərb. aktrisası. Azərb. Resp. xalq artisti (1991). Səhnə fəaliyyətinə Azərb. Gənc Tamaşaçılar Teatrında başlamış, yeniyetmə oğlan rollarında çıxış etmişdir: Qavroş (V.Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M.Minçkovski), Rəcəb ("Anacan", Y.Əzimzadə; Azərb. Resp. festivalının mükafatı, 1956), Petya ("İnqilab naminə", M.Şatrov), Kamal ("Sehrli yaylıq", K.Həsənov) və s. 1955 ildən həmin teatrın aktrisasıdır. Rolları: İo ("Zəncirlənmiş Prometey", Esxil), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U.Şekspir), kraliça ("İki ağanın bir nökəri", K.Qoldoni), Cemma ("Ovod", E.Voyniç), Flavio ("Sükut divarı", P.Missini), Yaqut ("Məlikməmməd", Ə.Abbasov), Paşa xala ("Unutmayın", Y.Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q.Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ.Coşğun) və s.
#24.03.2011 18:01 0 0 0
  • noimage..AĞAKİŞİYEVA Zərnigar Fəti qızı (d. 7.11.1945, Quba r-nunun Rustov k.) - Azərb. Resp. xalq artisti (2000). Azərb. İncəsənət İn-tunu bitirmiş (1972), təhsil illərində in-tun "Tədris teatrında" və Azərb. Milli Dram Teatrında bir sıra tamaşalarda çıxış etmişdir. 1974 ildən Azərb. Milli Dram Teatrının aktrisasıdır. Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Tatyana ("Meşşanlar", M.Qorki), Olqa Semyonova ("Daşqın", A.Sofronov), Dilbər ("Sevil", C.Cabbarlı), Amaliya ("Yad adam", L.Frank), Maral (Közərən ocaqlar", M.İbrahimov), Zivər ("Təhminə və Zaur", Anar), Xanım Piçem ("Üç quruşluq opera", B.Brext) və s. Televiziya tamaşalarında da bir sıra yaddaqalan obrazlar yaratmışdır: Mirandolina ("Mehmanxana sahibəsi", K.Qoldoni), Həmidə xanım ("Ötən ilin son gecəsi", Anar), Dilşad ("Atayevlər ailəsi", İ.Əfəndiyev) və s. "Dantenin yubileyi", "Özgə həyat", "Mezozoy əhvalatı", "Təhminə" filmlərində çekilmişdir.
#24.03.2011 18:03 0 0 0
  • noimage..AĞALAROVA Bahar Əmirəli qızı, A n a c a n (1884, Yelizavetpol qəzasının Varvara k. - 16.2.1953, Bakı) - Azərb. SSR əməkdar müəllimi (1942). Azərb.-da ilk uşaq evini təşkil etmişdir (1920). SSRİ Ali Sovetinin (3-cü çağırış) deputatı olmuşdur. Y.Əzimzadənin "Anacan" pyesi onun fəaliyyətindən bəhs edir.
#24.03.2011 18:05 0 0 0
  • noimage.AXUNDOVA Rəfiqə Hacı qızı (d.7.8.1931, Bakı) - Azərb. balet artisti, baletmeyster. Azərb. Resp. xalq artisti (1970). Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1951). Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951-52, Moskva). Azərb. Opera və Balet Teatrının solisti olmuşdur (1951-71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990 ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel ("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərb. Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoymuşdur. "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşdür. 1994 ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoymuşdur (M.Məmmədovla birgə). "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
#24.03.2011 18:07 0 0 0
  • noimage..AXUNDOVA Şəfiqə Qulam qızı (d.21.1.1924, Şəki) - Azərb. bəstəkarı, əməkdar incəsənət xadimi (1973). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1956). Çoxlu mahnı və romansların ("Mehriban olaq", "Nədən oldu", "Sənsiz səninlə", "Həyat, sən nə şirinsən", "Gözlərimin işığı", "Peşimandır, peşimana ne deyim", "Könül təranəsi", "Xoş gördük, ana torpaq", "Anama məktub" və s.), "Ev bizim, sirr bizim" (1965) operettasının müəllifidir. Azərb.-da opera musiqisi yazmış ilk qadındır ("Gəlin qayası" operası, 1972, tamaşası 1974). Simli kvartet üçün pyeslər, simfonik süitalar bəstələmişdir. Onlarca dram tamaşasına ("Aydın", "Vicdan", "Sən nə üçün yaşayırsan", "Böyük ürək", "Ürək sevərsə", "Yazığam, sevmə məni", "Son məktub" və s.) musiqi yazmışdır. 1956-89 illərdə Azərb. İncəsənət İn-tunda dərs demişdir (1986 ildən dosent). "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
#24.03.2011 18:08 0 0 0
  • noimage.AXUNDZADƏ Səkinə Mirzə Heybət qızı (1865, Quba - 1927, Bakı) - Azərb. yazıçısı, müəllim. Azərb.-ın ilk qadın müəllimlərindən biri və ilk qadın dramaturqudur. 1901 ildən Bakıda H.Z. Tağıyevin qız məktəbində ana dili və ədəbiyyatdan dərs demişdir. "Elmin bəhrəsi" (1904), "Zülmün səmərəsi" ("Lakme"dən təbdil"; Hindistan həyatından götürülmüş süjet əsasında) pyeslərinin, "Gəlin və qayınana" komediyasının müəllifidir. Azərb. folkloru əsasında "Şahzadə Əbülfəz və Rəna xanım" (1918) povestini yazmışdır. Türk yazıçısı Namiq Kamalın "Zavallı cocuq" pyesini "Bəxtsiz bala" adı ilə təbdil etmişdir. Məktəbli qızlarla birlikdə teatr tamaşaları hazırlayıb, qadın tamaşaçılarına göstərmişdir.
#24.03.2011 18:09 0 0 0
  • noimage..ALMASZADƏ Qəmər Hacağa qızı (d.10.3.1915, Bakı) - Azərb. balet artisti, baletmeyster və pedaqoq, ilk azərb. balerina. Azərb. Resp. xalq artisti (1943), SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatı laureatı (1952), Bakı balet studiyasını (1930) və Leninqrad Xoreoqrafiya Məktəbini (1936) bitirmişdir. 1932 ildə SSRİ Böyük Teatrının balet studiyasında oxumuşdur. 1936-53 illərdə Azərb. Opera və Balet Teatrının solisti, 1953-89 illərdə isə baş baletmeysteri olmuşdur (1989 ildən baletmeysterdir). Ötən əsrin 30-cu illərində Tao Xoa ("Qırmızı lalə", R.Qlier), Medora ("Korsar", A.Adan), Mariya ("Baxçasaray fontanı", B.Asafyev), Esmeralda ("Esmeralda", S.Puni) obrazlarını yaratmış, "Koroğlu" (Ü.Hacıbəyli) və "Şahsənəm" (R.Qlier) operalarında solo rəqsləri ifa etmişdir. Azərb. milli rəqslərinin mahir ifaçısı, Azərb. Dövlət Filarmoniyası Rəqs Ansamblının təşkilatçılarındandır (1937-38 illərdə bədii rəhbəri). Azərb. balet məktəbinin yaradıcılarından olan A. klassik repertuarın ən çətin partiyalarında (Maşa, "Şelkunçik", P.Çaykovski; Raymonda, "Raymonda", A.Qlazunov; Kitri, "Don Kixot", L.Minkus; Odetta-Odilliya, "Sonalar gölü", P.Çaykovski və s.-də) çıxış etmişdir. Onun milli baletlərdə ifa etdiyi partiyalar Azərb. xoreoqrafiya sənətinin nailiyyətləridir. Gülyanaq ("Qız qalası", Ə.Bədəldəyli), Gülşən ("Gülşən", S.Hacıbəyov); baleti özü tamaşaya qoymuş və baş partiyada çıxış etmişdir); Ayişə ("Yeddi gözəl"; Q.Qarayev), "Qız qalası" (1948, 1958, 1977), "Doktor Aybolit" (1949, İ.Morozov), "Baxçasaray fontanı" (1951), "Yeddi gözəl" (1952), "Qırmızı lalə" (1954), "Yatmış gözəl" (1955, P.Çaykovski), "Laurensiya" (1956, A.Kreyn), "Qızıl açar" (1957, B.Zeydman), "Arlekinada" (1959, R.Driqo), "Jizel" (1961, A.Adan; N.Fyodorovla birgə), "Sonalar gölü" (1963, 1981), "Qaraça qız" (1965, Ə.Abbasov), "Şur" (1968, F.Əmirov), "Don Kixot" (1973) baletlərini tamaşaya qoymuşdur. Almaszadə bir sıra operalarda rəqslərin quruluşunu vermişdir. 1936 ildən Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. Azərb. balet artistlərindən L.Vəkilova, R.Axundova, Ç.Babayeva, T.Şirəliyeva, Gürc. Resp. xalq artisti V.Siqnadze və b. onun yetişdirmələridir. 1970-72 illərdə İraqda işləmiş və İraq Dövlət Rəqs Ansamblının təşkilində iştirak etmişdir. Oktyabr inqilabi ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
#24.03.2011 18:10 0 0 0
  • noimage.AŞIQ NABAT (Nabat Paşa qızı Cavadova; 1914, Şərur r-nunun Tarçı k. - 1973, Bərdə) - Azərb. aşığı. 1934 ildə ailəsi ilə Bərdə r-nuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır.
#24.03.2011 18:11 0 0 0