Gəlin- qaynana haqqında çoxlaıi burda yazilar yazib, hamsını oxumuşam.Amma mən də yazmaq istədim.
Mənim qaynanam toy vaxti başima elə oyun açib ki, çox yaniqlıyam ondan.Bəlkə də tək mənim qaynanam elə deyil ,çoxu belədi. Yazım siz də oxuyun.
Universitetdə oxuyurdum .Qizlarla yol gedəndə gəlinlik paltarlarinin qarşisindan keçirdik.Həmişə baxib bir-birimizə seçirdik,sənə bu yaraşır, mənə bu yarşır deyirdik.Rəfiqələrdən biri nişanlananda gedib üzüklərə baxırdıq.Hər bir gənc qizin keçirdikləri xəyallari mən də qururdum.Amma heç bir xəyalım gərçəkləşmədi.Qaynanam hamsını alt-üst etdi.
Mənim həyat yoldaşım məndən əvvəl nişanli olub.Mənim və ailəmin xəbəri olmamışdı.Qaynanam o qıza apardiği üzüyü və başqa gəlinə aid olan hər şeyi mənə gətirib.Məni qızıl maqazinlərinə belə aparmadı ki, bəlkəm bu qızın ürəyindən nəsə keçir.Hər şeyi bağışlaram, amma nişan üzüyünü əsla bağışlamaram.Çünki nişan üzüyü "Bəxt üzüyü" deməkdi.Fikirləşmədi ki,birdən oğlumun yenə nişanı qayıdar.Bu qızı bədbəxt edərəm.Çox dar düşüncəlidi.
5 səbət gətirmişdi.Hamısının içində sandiğin içindəkilər idi.Adımı anib bir alt paltari belə almadı.Gətirdiyi alt paltarları pünyarlar heç biri əynimə belə olmadı.
Mən də o səbətləri qiızların qabağinda açdım.Çox utandım.Amma özümü o yerə qoymadım.Zarafat eləyirdim tez- tez qızlarla.Özümü sındirmırdım.Əslində ürəyimdə nələr çəkirdim onu bir Allah bilirdi.
Bilirəm bu yazilari oxuyanda deyceksiz onlar olmasa da olar əsas xoşbətlikdi.Düzdü haqlısız.Ama bu qədər də olmaz.
İnanın mənə 2 dəst paltar aldı.Ayrı heç nə.Mənə gəlinlik nə olan şeydi yaşatmadı.Ailə qurandan sonra da nə almaq istədim, neylirsən alma deyirdi.
Xina gecəsində belə aparıb salonda bəzətmədi onu da ailəm etdi.Xina günü gəlib məni gəşəng görəndə məəttəl qaldı.Toy günümə gedib gəlinlik kirayə götürmək istədim,mənə dedi 50 manatdan artıq olmasın makiyaj 25 manat olsun.Çox çəkdirdi mənə.
Məndə çox ağladim, çox pis oldum ,axırda anam qarışdı işə ,yoldaşim nə istədim etdi.Gözəl gəlinliyim oldu.
İndi isə qaynanama heç nə demirəm.Onu Allaha tapşırmışam.Nə istiyir etsin.Vecimə belə almıram.Çox şükür edirəm ki, evim ayrıdı.Bir dəfə telefonu götürüb zəng etmirəm ki görüm necədi.Çünki özü bunu istədi.Gərək elə hərəkət edəsən ki, sonram peşman olmayasan.Nə baldizimla yaxinam, nə qaynanamla.
Toydan sonra baxdım ki,sakit durduqca, baş üstə dedikcə məni daha da alçaldırlar.Daha nə qulaq asıram, nə bir şey.Bilirsiz ,ancaq hörmət edirəm onlara bir yoldaşımın xətrinə.
Bir qonaqliq oldumu, mən tərəfdən heç kimlə danişmaz.Bizimkilərə yuxarıdan aşaği baxır, mən də xoşlamıram.Anam deyir səbr et.Səbr etməklə də olmur.Bir iki dəfə cavab verəndə görürki, düz deyrem.Ele yemekler bişirirəm ki məətəll qalır.
Qizlar, bilirsiz,hər günümə şükür edirəm ki, gözəl ailəm var və onunla birgə yaşamıram.2 uşaq anasıyam, bir dəfə de olsun maraqlanmır.Bir məclisdə görəndə özünü elə aparır ki,guya ölür balalarımçün.Heç çox istəməsin ele də vacib deyil.Allah istəsin balalarımı.Bir ağrıyanda gəlməz, bir söz deyən kimi mən işləyirəm.
Bu qədər yazdım bəsdi.Qızlar,mənim yazdiqlarımla razısıznız, ya yox?Mən haqlıyam,ya yox?İstərəm sizin qaynananızın hansı xasiyyətini xoşlamadığınızı biləm.