Allah dualara cavab verəndir

Son güncelleme: 05.04.2011 23:48
  • noimage
    İnsanın özünə aid heç bir müstəqil gücü yoxdur.
    Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhm edib lütfünü, nemətini bağışlamasına, qorumasına möhtacdır.
    Yer üzündəki hər şeyin tək hakimi və hər insanın, hər varlığın, maddi-mənəvi hər şeyin tək sahibi olan Allahın,
    insanların hər istədiyini, ağlından keçən hər şeyi bilməsi və dualara cavab verməsi boyük nemət və rəhmətdir.

    İnsan Allahın razılığına uyğun olan, halal və haramı qoruyaraq, heç bir sərhəd olmadan Rabbimizdən hər şeyi istəyə bilər.
    Allah Nəml surəsində ehtiyacı olan və sıxıntıda olan hər kəsin duasına cavab verdiyini bildirir:

    (Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran,
    (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə?
    Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız? (Nəml surəsi, 62)

    İnsan Allahdan dilədiyi arzusunun həyata keçdiyini gördükdə əlbəttə ki, bu onun üçün böyük sevinc qaynağı olur.
    Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşüncəsindən xəbərdar olduğunu bilən,
    səmimi olduğu müddətdə Allahın hər işində ona kömək edəcəyini, hər istədiyini qəbul edəcəyini
    ümid edən möminin Allaha olan sevgisini, təslimiyyətini, könüldən bağlılığını artırır.
#05.04.2011 23:47 0 0 0
  • okunası
    paylaşım tşk
#05.04.2011 23:48 0 0 0