İslamda Yuxu Yozma - Yuxu Yozmalari 2011

Son güncelleme: 07.04.2011 12:08
  • yuxu yozma haqqda - İslamda Yuxu Yozma nedir

    Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!

    (Qurani-Kərim, Ərəb dilindən tərcümə edənlər Z. Bünyadov və V. Məmmədəliyev)


    Sual: İslam dinində yuxu barədə nə deyilir? Tutaq ki, mən bir yuxu görmüşəm. O yuxudan "filan şey olacaq" kimi bir nəticə çıxartmaq olar? Yuxularla əlaqədar çoxlu hədis rəvayət edilir. Biz bu hədisləri necə qiymətləndirməliyik?

    Cavab: Yuxu onu görən insana Allahdan bir müjdə və ya şeytandan bir çətinlik olur. Düzgün yuxular var. Çünki Yusuf surəsində Yusuf peyğəmbərin (ə. s.), onunla birlikdə zindanda olanların və hökmdarın yuxusundan danışılır. Qeyd edək ki, yuxu ancaq bir şəxsin ancaq özünü maraqlandırır.



    Sual: İslamda yuxu görmək və yuxu yozmağa necə baxılır? Bunun insan həyatındakı əhəmiyyəti: yaxud rolu nədir?

    Cavab: İnsan ruh və bədənin birləşməsindən ibarətdir. Ruh bədəndən öz evi kimi istifadə edir. Belə ki, ruh insan yuxuda olduğu vaxt çıxıb gedir və oyandığı vaxt geri qayıdır. Ölən bədən uçmuş ev kimidir; yenidən tikilənə qədər ruh oraya qayıtmır. Aşağıdakı ayə bu məsələdən bəhs edir:

    Allah ölüm(ü) vaxtı ruhları alır, ölməyənlərinkini də yuxuda alır. Ölümünə hökm etdiyini saxlayır, digərini müəyyən bir vaxtadək təxir edir. Düşünən bir qövm üçün bunda əlamətlər vardır (Zümər, 39/42).[1]

    Yatan və ölən bədəndir. Ruh nə ölür, nə də yatır. Qurani-Kərim bizə ölmüş bədəndən çıxan ruhun danışacağı sözləri bildirir:

    Onlardan birinə ölüm gələndə deyər: "Rəbbim! Məni geri qaytarın. Bəlkə, tərk etdiyim dünyada yaxşı bir iş görərəm". Xeyr, bu onun dediyi sözdür. Onların arxalarından yenidən diriləcəkləri günədək bərzəx (maneə, sədd) var (Müminun, 23/99-100).

    Deməli, ölən insanın ruhu ilə yatanın ruhu eyni yerə gedib bir-birilə görüşür. Fikirləşən hər bir şəxs bununla yuxu arasında əlaqə qura bilər. Bir-birinə rast gələn ruhlar danışa və bir-birinə məlumat verə bilər. Peyğəmbərimizin babası Abdulmuttalib gördüyü yuxuya əsasən uzun müddətdən bəri yox olub gedən Zəmzəm quyusunu və oradakı xəzinəni tapıb çıxartmışdı.

    Qurani-Kərimdə yuxu ilə əlaqədar çoxlu misallar var. Belə ki, Quranda (Yusuf surəsində) Yusuf peyğəmbərin yuxusu, onunla birlikdə həbsdə olan iki nəfərin yuxuları və hökmdarın yuxusundan danışılır. Saffat surəsinin 102-ci ayəsindən 110-cu ayəsinə qədər İbrahim peyğəmbərin yuxusu, Fəth surəsinin 27-ci ayəsində isə Muhəmməd peyğəmbərin yuxusu danışılır. Bu yuxular hansısa izaha ehtiyac olmayacaq şəkildə açıq-aydındır.
#07.04.2011 12:08 0 0 0