1667. Dünyada ilk dəfə Parisdə ictimaiyyətə açıq olan incəsənət sərgisi keçirilib
1929. Azərbaycan Kommunist partiyası "din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək" adı ilə "Molla Nəsrəddin" jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək barədə qərar verib
1935. Sovet-alman ticarət sazişi imzalanıb
1938. Rus siyasi xadimi Viktor Çernomırdin anadan olub
1946. Aktyor Ceyhun Mirzəyev anadan olub
1957. Süveyş kanalı tullantı və palçıqdan təmizlənərək təkrarən gəmilər üçün açılıb
1966. Vatikan 1559-dan bəri tətbiq edilən "Qadağan olunmuş kitablar" siyahısını ləğv edib. Bu siyahıda Bruno, Balzak, Volter və Didro kimi mütəfəkkirlər də vardı
1972. SSRİ və İran arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb
1989. Sovet ordusu Tiflisdə dinc nümayişi dağıdıb. Hadisə nəticəsində 19 nəfər həlak olub, çox sayda insan basabasda xəsarət alıb
1991. Gürcüstan Ali Soveti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul edib
2003. 24 illik Səddam Hüseyn rejimi devrilib
2009. Ukrayna prezidenti Viktor Yuşenko Azərbaycana rəsmi səfərə gəlib
2009. Türk iş adamları və tələbələrin Bakıda nümayişi. Nümayiş iştirakçıları Türkiyə-Ermsənistan sərhədlərinin açılmasına qarşı çıxıblar. Polis aksiyaya müdaxilə etməyib
2009. "Azadlıq" qəzetinin jurnalisti Mirzə Sakit amnistiyaya düşüb...